"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azercell yeni “Audio Kitablar” layihəsini təqdim etdi – FOTO

27 Noyabr 2018 - 16:06
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Artıq mobil telefonda kitab oxumaq daha rahat olacaq. Çünki Azercell Telekom öz abunəçilərinə elektron kitabların həm də səsli versiyasını yükləmək imkanını yaradıb. Yeni “Audio Kitablar” (“Audiobook”) xidməti çərçivəsində geniş oxucu rəğbəti qazanmış kitablar səsli formatda hazırlanıb. Kitablar “Barama Media” mərkəzi tərəfindən Azərbaycan dilində səsləndirilib. İlk olaraq dünya və Azərbaycan klassik ədəbiyyatının tanınmış nümunələri istifadəçilərə təqdim edilib. Növbəti mərhələdə isə müasir ədəbiyyat nümunələrimizin də səsli  versiyasının hazırlanması planlaşdırılıb.

Elchi.az xəbər verir ki, 26 Noyabr 2018-ci il tarixində “Audio Kitablar” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirə “Bookmate” şirkətinin baş direktoru Andrey Bayev, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev, şair və yazar Qismət Rüstəmov kimi tanınmış simalar, qonaqlar və jurnalistlər  qatılıb. “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxışı zamanı müasir cəmiyyətdə mütaliə mədəniyyətinin təbliğ olunmasının vacibliyindən, bu zəmində “Bookmate” və “Audio Kitablar” xidmətlərinin rolundan danışıb. O, həmçinin qeyd edib ki, müsair dövrün tələblərinə cavab verən, yaradıcılıq və internetin birgə ahəngini özündə birləşdirmiş bu xidmətlər həm məşhur ədəbiyyat nümunələrimizin, həm də müasir yaradıcılığın tanıdılmasında müstəsna rol oynayacaq. Tədbir Pantomim teatrının bədii nömrələri ilə müşayiət olunub.

“Audio Kitablar” xidməti Azercell şirkətinin Bookmate layihəsi çərçivəsində təqdim olunur. Bu xidmətin köməyilə mobil cihaz istifadəçiləri asudə vaxtlarında məkandan asılı olmayaraq istənilən yerdə arzuladıqları kitabları dinləyə bilərlər. Xidmətin məqsədi gənc nəslə ədəbiyyata marağı aşılamaq, doğma dilimizdə ədəbi kontentin geniş müstəvidə təbliğ olunmasına dəstək olmaqdır.

Qeyd edək ki, “Bookmate” – mobil telefonla yanaşı, istənilən elektron cihaz üzərindən kitabların oxunmasını mümkün edən bir xidmətdir. Tətbiq dünyanın 12 dilində ədəbi, elmi, bədii və digər janrları əhatə edən 850 mindən çox kitabı özündə cəmləyib. Bu populyar beynəlxalq platformaya abunəliyi ölkəmizdə Azercell şirkəti təqdim edir. Bu kitabxana oxucuları, müəllifləri, nəşriyyatları, brendləri və yayım şirkətlərini bir araya gətirir. “Bookmate”-də aktiv oxucular tanış olduqları kitablar barədə rəy yazır, digərlərinə də maraqlı əsər tapmaqda yardımçı olurlar.

Xidmətin ən mühüm üstünlüklərindən biri də kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitab cihaza yox, abunəçinin şəxsi kitabxanasına əlavə edilir. Ona görə də kitabları istənilən vaxt, istənilən yerdə və istənilən cihazdan oxumaq mümkündür. Onu da qeyd edək ki, əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate”-dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Xidmət haqqında ətraflı məlumatı və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.





Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçəcək

Next Post

Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri başa çatdı – FOTO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri başa çatdı – FOTO

Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri başa çatdı – FOTO

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkdi

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.