"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“AzerGold” kadr hazırlığı sahəsində fəaliyyətini genişləndirib

17 Mart 2023 - 16:01
in İQTİSADİYYAT

Elchi.az xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsində uğurlu fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunun inkişafı ilə yanaşı, məşğulluq, ixtisaslı kadr hazırlığı istiqamətində dövlət siyasətinə töhfə verməyə davam edir.
Belə ki, Daşkəsən və Göygöl rayonlarında aktiv hasilat, həmçinin Daşkəsən rayonunda aktiv istehsalat fəaliyyəti həyata keçirən QSC-nin 2022-ci ildə təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq, faktiki 563 nəfər işçi olmaqla, ümumilikdə mədən ərazilərində çalışan podratçı şirkətlərlə birgə 2000 nəfərdən artıq işçi üçün müasir standartlara cavab verən iş şəraiti yaradılıb. 2022-ci ildə QSC-nin törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də isə ümumi olaraq 265 nəfər daimi işlə təmin olunub.
2023-cü ildə layihələrin icrası ilə əlaqədar həm “AzerGold” QSC, həm də onun törəmə cəmiyyətlərində yeni iş yerlərinin açılması, daimi işçi sayının artırılması planlaşdırılıb. Cari il təsdiq olunmuş yeni ştat cədvəlləri üzrə əməkdaş sayının “AzerGold” QSC-də 750, törəmə şirkətlərdə isə ümumilikdə 291 nəfər olmaqla, ümumilikdə 1041 nəfərə çatdırılması nəzərdə tutulub.
Yeni əməkdaşların məşğulluğa cəlb edilməsi prosesində vacib məsələlərdən biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş qazilərimizin, şəhid ailə üzvlərinin işlə təminatıdır. Hazırda Cəmiyyətdə 44 nəfər Vətən müharibəsi iştirakçısı, 10 nəfər 1-ci Qarabağ müharibəsi veteranı, 1 nəfər müharibə əlili və 10 nəfər şəhid ailəsi üzvü çalışmaqdadır. Cari il də bu kateqoriyadan olan vətəndaşların işlə təminatı məsələsinə müvafiq ixtisas və peşə bacarıqlarına uyğun olaraq xüsusi diqqət yetirilir.
“AzerGold” QSC tərəfindən dağ-mədən sənayesinin inkişafı üçün vacib sayılan kadr potensialının artırılması istiqamətində də fəal iş aparılır. Bu məqsədlə ölkədə fəaliyyət göstərən 8 ali təhsil müəssisəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Təhsil müəssisələri ilə əldə edilmiş razılaşmalar əsasında tələbələrin həm QSC-nin baş ofisi, həm də istehsalat sahələrində təcrübə keçmələri üçün şərait yaradılır. Beləliklə, ali və peşə təhsili müəssisələrində elmi-nəzəri biliklər əldə edən tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar.
Həmçinin Səhmdar Cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri keçir, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Bugünədək 190 nəfər tələbə və məzun sözügedən təcrübə proqramında iştirak edib, 27 nəfər Cəmiyyətdə işlə təmin olunub.
Eyni zamanda, artıq ikinci ildir ki, “AzerGold” QSC ölkəmizdə fəaliyyət göstərən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün Təqaüd proqramı müsabiqələri təşkil edir. Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında zəruri kadrlarla təminatı, müvafiq ixtisaslarda yerli mütəxəssis bazasının inkişaf etdirilməsi məqsədilə elan edilən müsabiqələrdə qalib gələn tələbələr proqrama cəlb edilir, məzun olduqdan sonra onların müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində Cəmiyyətin tələbatına uyğun olaraq zəruri addımlar atılır.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev fərman imzaladı

Next Post

İstanbuldakı konsulluğumuz 5 gün işləməyəcək

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
İstanbuldakı konsulluğumuz 5 gün işləməyəcək

İstanbuldakı konsulluğumuz 5 gün işləməyəcək

“Hökuməti növbəti dəfə daha ciddi islahatlara çağırıram”

“Hökuməti növbəti dəfə daha ciddi islahatlara çağırıram”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.