"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“AzerGold”un Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib

30 Sentyabr 2022 - 14:18
in İQTİSADİYYAT

30 sentyabr tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsi (KSM Komitəsi) tərəfindən Balakən rayonunda yerli sakinlərlə görüş keçirilib.
“AzerGold” QSC-nin “Köhnəmədən” sahəsinin yaxınlığındakı Gərəkli, Mahamalar, Mazımqaray, Salban kəndlərinin sakinləri ilə keçirilən görüşdə QSC-nin İdarə Heyəti səddrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev və Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov iştirak ediblər.
Sosial ehtiyacların müəyyənləşdirilməsi və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslərin müzakirəsi məqsədilə təşkil edilən görüşdə Xəyyam Fərzəliyev çıxış edərək, “Köhnəmədən” sahəsində yerləşən “Filizçay” polimetal yatağında görülən işlər və yeniliklər barədə geniş məlumat verib. “AzerGold” QSC-nin ən irihəcmli layihələrindən biri olan “Filizçay” yatağının istismara cəlb edilməsi prosesi çərçivəsində mineroloji tədqiqatların yekunlaşdırıldığını və yatağın beynəlxalq standartların tələblərinə uyğun qaydada yenidən qiymətləndirilməsinin təmin edildiyini bildirən sədr müavini hazırda yatağın filizlərinin optimal zənginləşdirmə sxemlərinin hazırlanması məqsədilə metallurji tədqiqatların davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. X.Fərzəliyev yataqda hasilat işlərinə 2025-ci ildə sınaq rejimində start verilməsinin, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınmasının planlaşdırıldığını bildirib. Həmçinin “Filizçay” yatağının proqnozlaşdırılan istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinin hədəf olaraq müəyyən edildiyi vurğulanıb. Bundan əlavə, yatağın istismara verilməsinin 1000-dən çox yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına və ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyi qeyd edilib.
Görüşdə, həmçinin Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov çıxış edərək, “AzerGold” QSC-nin dağ-mədən sahəsində mütərəqqi beynəlxalq təcrübəyə və standartlara əsaslanan fəaliyyətinin təkcə Balakən rayonunun deyil, bütövlükdə bölgənin sosial-iqtisadi inkişafına kifayət qədər müsbət təsirləri olacağına əminliyini ifadə edib.
Tədbirdə yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində “AzerGold” tərəfindən icra edilməkdə olan sosial layihələr barədə də məlumat verilib. Bildirilib ki, QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində həyata keçirilən tədbirlər dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, hasilat fəaliyyəti aparılan bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Komitə sədri müraciətlərin nəzərə alınması və müvafiq addımların atılması üçün tapşırıq və tövsiyyələrini verib. Tədbirin sonunda isə kənd sakinlərinin sosial ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğu keçirilib.
Qeyd edək ki, KSM Komitəsi tərəfindən Cəmiyyətin fəaliyyət göstərdiyi bölgələrdə yerli sakinlərlə ənənəvi görüş və sorğuların təşkili davam etdiriləcəkdir.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranda etiraz aksiyalarında ölənlərin sayı 83-ə yüksəlib

Next Post

Puşilindən şok etiraf: Bu əraziləri itirdik…

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Puşilindən şok etiraf: Bu əraziləri itirdik…

Puşilindən şok etiraf: Bu əraziləri itirdik…

Nikolun etdiyi siyasi fahişəlikdir – Korotçenkodan şok

Nikolun etdiyi siyasi fahişəlikdir - Korotçenkodan şok

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.