
“Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov həbs edilib.
Etibarlı mənbələrdən Trend-ə verilən məlumata görə, M.Məmmədov da Milli Təhlükəsizlik Nazirliyi ətrafında aparılan istintaq işi ilə əlaqədar saxlanılıb.
Mənbənin verdiyi məlumata görə, onunla bərabər daha bir neçə vəzifəli şəxs həbs edilib.



