Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdə olan 21 iranlı əfv olunaraq azadlığa buraxılıb.
Elchi.az xəbər verir ki, Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın əvvəlki həftələrdə Əbu-Dabiyə səfəri zamanı təmasları çərçivəsində BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın təsdiqi ilə bu ölkədə həbsdə olan 21 iranlı məhbus azadlığa buraxılıb.
Azadlığa çıxan İran vətəndaşları Əl Nəhyan tərəfindən əfv edilib və inzibati prosedurlardan sonra ölkələrinə qayıdacaqlar.
Onların hansı cinayətlərə görə mühakimə olunduqları və BƏƏ-də nə qədər müddətə saxlandıqları barədə məlumat verilməyib.
Nuranə Məmmədova





