Yəməndə Səudiyyə Ərəbistanın liderliyindəki koalisiya qüvvələri ilə Husilər arasında qarşıdurma baş verib.
“Qafqazinfo” xəbər verir ki, əməliyyatlarda koalisiya qüvvələri tərəfindən döyüşən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 22 əsgəri öldürülüb.
1971-ci ildə qurulan BƏƏ bu günə kimi ən böyük hərbi itkisini verib.
Qeyd edək ki, BƏƏ daha əvvəl də Yəməndə 6 əsgərini itirmişdi.



