"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər intensivləşdirilib

06 Fevral 2015 - 23:24
in CƏMİYYƏT MANŞET

 

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək 1610877_813945055331198_9131342423233382002_nMüfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində fevralın 6-da Bakının Nəsimi, Səbail, Yasamal, Binəqədi, Qaradağ rayonlarının və Abşeron rayonunun işəgötürənləri üçün “Açıq qapı” günü keçirib. Tədbirdə iş yerlərində əməyin mühafizəsi sahəsində mövcud vəziyyət müzakirə olunub, bu sahədə qanunvericilikdən irəli gələn norma və standartlar işəgötürənlərin diqqətinə çatdırılıb. İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə tədbir iştirakçılarına praktik bilgilər verilməklə, onların sualları da cavablandırılıb.
Tədbir çərçivəsində jurnalistlər üçün keçirdiyi brifinqdə DƏMX-in rəisi Fuad Əlizadə bildirib ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı hələ də bir sıra işəgötürənlər tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına səhlənkar münasibət göstərildiyi, əməyin mühafizəsi sahəsində bir çox nöqsanların mövcud olduğu aydın olur. Cari il yanvarın 26-dan “Təhlükəsiz iş ongünlüyü”nün keçirilməsi də əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına, bu məsələyə işəgötürənlərin diqqətinin artırılmasına yönəlib. “Bununla bağlı olaraq, son on gün ərzində konkret Tədbirlər Planı üzrə respublikanın bütün bölgələrində işəgötürənlər üçün “Açıq qapı” günləri keçirilib. Bu tədbirlər, eləcə də digər formalarda aparılan maarifləndirmə işləri vasitəsilə işəgötürənlər əməyin mühafizəsi sahəsində qanunvericilik, norma və standartlar haqqında geniş məlumatlandırılıblar”.
F.Əlizadə habelə sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının, TÜSİAB və ATİB-in, sığorta şirkətlərinin nümayəndələrinin, çoxsaylı işəgötürənlərin iştirakı ilə seminar-müşavirə keçirildiyini, respublikada əməyin mühafizəsi sahəsində vəziyyətin və qarşıda duran vəzifələrin geniş müzakirə olunduğunu diqqətə çatdırıb. O, ongünlük çərçivəsində əməyin mühafizəsi vəziyyətinin yerindəcə araşdırılması üçün ümumilikdə 21 müəssisədə dövlət nəzarəti həyata keçirildiyini qeyd edib: “Dövlət nəzarəti nəticəsində ayrı-ayrı müəssisələrə əməyin mühafizəsi sahəsində yol verdikləri hüquq pozuntularına görə ümumilikdə 39800 manat məbləğində cərimələr tətbiq olunub. Həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki 3 müəssisədə iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurması səbəbindən həmin müəssisələrdə işlər əməyin mühafizəsi sahəsində aşkar edilən nöqsanlar aradan qaldırılana qədər dayandırılıb. Bununla bağlı onların rəhbər şəxslərinə icrası məcburi olan göstərişlər verilib, müvafiq protokollar tərtib olunub”.
Xidmət rəisi dövlət nəzarəti və maarifləndirmə tədbirləri ilə yanaşı, ölkədə əməyin mühafizəsi üzrə mütəxəssislərin peşəkarlığının artırılması sahəsində də artıq ilk təcrübəyə başlanıldığını bildirib: “Ötən ilin noyabrından etibarən ƏƏSMN-nin respublikada ilk dəfə olaraq təşkil etdiyi əməyin mühafizəsi üzrə tədris kurslarında ötən müddətdə artıq 140 nəfər təlim keçərək müvafiq sertifikatlarla təmin edilib. Onların təlim müddətində əldə etdikləri bilik və təcrübə təbii ki, onların çalışdıqları müəssisələrdə əməyin mühafizəsi işinin səmərəli təşkilinə müsbət təsirini göstərəcək”.
F.Əlizadə qarşıdakı dövrdə də işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasının diqqətdə saxlanacağını vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Döyüşməyə hazıram”

Next Post

Volqoqrad azərbaycanlıları Abbas Abbasova “soxulcan” dedilər…

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Volqoqrad azərbaycanlıları Abbas Abbasova "soxulcan" dedilər...

Tuyqun Nadirov və limit-mimit

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.