"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bələdiyyələrin fəaliyyətinə dair illik məruzə MM-ə tövsiyə olunub – YENİLƏNİB

18 Fevral 2022 - 20:48
in FLƏŞ

Fevralın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a verilən məlumata görə, onlayn formatda keçirilən iclası açan komitə sədri Siyavuş Novruzov gündəlik barədə məlumat verib.

O Bildirib ki, iclasın gündəliyinə 3 məsələ – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi və Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı iki qanun layihəsi daxil edilib.

Əvvəlcə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”ni müzakirəyə çıxaran komitə sədri bildirib ki, dövrün yeni çağırışlarına uyğun olaraq regional idarəetmə sahəsində həyata keçirilən tədbirlərin də yeni mexanizmlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu deyən komitə sədri bələdiyyə idarəçiliyi sahəsində uğurların qazanıldığını qeyd edib.

Sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, keçən il yerli özünüidarəetmənin inkişafı, bələdiyyə fəaliyyətində qanunçuluğa əməl edilməsi istiqamətində tədbirlər Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılıb. Vilayət Zahirov nazirliyə daxil olan 80359 bələdiyyə aktının, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı 4504 müraciətin araşdırılması ilə bağlı görülən müvafiq tədbirləri, aparılan təhlilləri deputatların diqqətinə çatdırıb.

Qeyd olunub ki, ötən dövrdə korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən edilərək onların aradan qaldırılması üzrə tədbirlər görülüb, bələdiyyələrin maarifləndirilməsi davam etdirilib, bələdiyyə işçilərinin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Bildirilib ki, yerli özünüidarəetmə sahəsində fəaliyyətin əlaqələndirilməsi istiqamətində Milli Məclislə sıx əməkdaşlıq aparılıb və bələdiyyələrlə bağlı deputatlar tərəfindən səsləndirilən təklif və fikirlər öyrənilib, onların nəzərə alınması üzrə tədbirlər görülüb.

Sənədin müzakirəsində Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, deputatlar Səbinə Xasayeva, Kamran Bayramov, Əliabbas Salahzadə, Cavid Osmanov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əli Mehdiyev, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov söz alıblar.

Çıxış edənlər bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, nüfuzunun yüksəldilməsi, maliyyə dayanıqlılığının gücləndirilməsi ilə bağlı fikirlərini bildiriblər, bələdiyyələrin fəaliyyətinin aktual məsələləri ilə bağlı rəylərini səsləndiriblər.

Geniş fikir mübadiləsindən sonra deputatlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini Milli Məclisin müzakirəsinə tövsiyə ediblər.

Gündəliyin digər iki məsələsi – “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən komitə sədri Siyavuş Novruzov qeyd edib ki, iclasa Gəncə şəhərini təmsil edən deputatlar da dəvət olunub. Gəncə şəhərinin inzibati ərazi bölgüsündə təklif olunan dəyişikliklərə əsasən, idarəetmənin təkmilləşdirilməsi məqsədilə şəhərin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır.

Bələdiyyələrin siyahısına təklif olunan dəyişiklik də bununla əlaqədardır. Qanun layihələrinin müzakirəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev (Gəncəni təmsil edir), deputat Kamran Bayramov təklif olunan dəyişikliklərlə bağlı fikirlərini səsləndiriblər. Müzakirələrin sonunda hər iki qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib. İclasda Regional məsələlər komitəsinin üzvləri Nizami Cəfərov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov, Tahir Rzayev, Gəncədən seçilmiş deputatlar Naqif Həmzəyev və Müşfiq Cəfərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov, həmçinin 20-yə yaxın şəhər, qəsəbə və kənd bələdiyyəsinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

***

16:51

Milli Məclisdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” təqdim olunub.

APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” təqdim edildikdən sonra deputatlar tərəfindən müzakirə edilib.

Daha sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, komitə iclasında həmçinin, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi (ikinci oxunuş) və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan NATO Baş katibi ilə Ukraynanı müzakirə edib

Next Post

Şuşa İSİS “Azəristiliktəchizat”ın strukturuna daxil edilib

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post
Şuşada yeni məktəbin tikintisinə başlanılıb

Şuşa İSİS “Azəristiliktəchizat”ın strukturuna daxil edilib

Kreml Donbass əhalisinin Rusiyaya təxliyəsinə münasibət bildirib

Kreml Donbass əhalisinin Rusiyaya təxliyəsinə münasibət bildirib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.