"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bələdiyyələrin səlahiyyətini artırmaq lazımdır”

17 Noyabr 2021 - 20:39
in MANŞET

Qüdrət Həsənquliyev: “Bəzi bələdiyyələrin ərazisində yolların və kanalizasiyaların hansı durumda olduğunu görürük”

“Mən çox istərdim belə dəyişikliklər zamanı deputatlara büdcəyə nə qədər vəsait daxil olacağı, bələdiyyələrin nə qədər itirəcəyi haqda məlumat verilsin”. Bunu Milli Məclisdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Millət vəkili “yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Millət vəkili qeyd edib ki, bəzi bələdiyyələrin ərazisində yolların və kanalizasiyaların hansı durumda olduğunu görürük: “Bələdiyyələrin durumu acınacacaqlıdır. Əvvəl deyirdik ki, bələdiyyələr yeni qurumdur, təcrübəsi azdır. Artıq 1999-cu ildən bu yana bələdiyyələr fəaliyyət göstərirlər. Məncə, bələdiyyələrin səlahiyyətini artırmaq lazımdır”.
Millət vəkili həmçinin əlavə edib ki, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununda da qəbul olunmuş qanunlara 6 ay müddətində dəyişikliklər edilməsinə məhdudiyyət qoyulub: “Amma mən istərdim ki, biz o qanunlara da baxaq və bu məhdudiyyətin müddətini artıraq. İndi Vergi Məcəlləsinə dəyişiklik etdik. Yenə də bəlli olmadı ki, güzəştlərdə büdcə nə qədər itirəcək, yaxud müəyyənləşən əlavə vergilərdən büdcə nə qədər qazanacaq. Bunun bir əsaslandırılması olmalıdır. Niyə bu qanunların tez-yez, özü də böyük həcmdə dəyişdirlməsi həm də narahatlıq doğurur? Ona görə ki, ilk növbədə bu qanunların öyrənilməsi problematik olur. Vətəndaşlar qanunları tez-tez öyrənə bilmirlər. İkincisi, onu tətbiq edən orqanlar müəyyən çətinliklərlə üzləşirlər. Bu baxımdan qanunların tez-tez dəyişdirlməsindən maksimum dərəcədə qaçmaq lazımdır. Bir çox hallarda hətta dəyişiklik edilməməsinə görə ziyan azdırsa belə, yenə də böyük maraqlar nəzərə alınmalıdır. Bəzi kateqoriyadan olan hüquqi şəxslərə güzəştlər lazımdırsa onun başqa yolunu tapmaq lazımdır ki, onlara hansısa formada kömək olunsun ki, biz, qanunlara tez-tez toxunmayaq”.
Millət vəkili “başqa məsələlərlə bağlı da dəyişikliyə münasibət bildirmək istəyirəm”, – deyə vurğulayıb: “Nağdsız hesablaşmalar haqqında qanun var. Məsələn, müəyyən olunur ki, pərakəndə satışla məşğul olan bəzi şəxslər 2 min manatdan artıq ödənişlər etdikdə bu mütləq nağdsız olmalıdır. Məsələn, mebel və məişət texnikası satanlar üçün bu məbləğ 10 min manatdan artıq olmalıdır. Yaxud tibb müəssisələri tərəfindən göstərilən xidmətlərə görə, 500 manatdan artıq ödənişlər müəyyənləşib. Yəni bunların fərqli müəyyənləşdirilməsində sanki proteksionizm elementləri görünür. Ona görə də, düşünürəm ki, buna qətiyyən yol vermək olmaz. Burada vahid məbləğ müəyyən olunmalıdır. Özü də o məbləğ kiçik olmaldır. Məsələn, kimsə gedib 50, yaxud 40 manatlıq alış-veriş edirsə, ona tətbiq olunmaldıır.
Bir də çox mühüm məsələ icra haqqında qanunla bağlıdır. Burada da əslində konstitusiyanın tələbi pozulur. Konstitusiyanın 149-cu maddəsində qeyd olunub ki, qəbul olunan qanunlar bərabər olan mənafelərə bərabər münasibət ifadə eləməlidir. Amma biz nəyi müşahidə edirik? Məsələn, üzərinə həbs qoyulmuş əmlakın satılması. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olunmaqla. Burada nə nəzərdə tutulur? Əgər vergi orqanı kiminsə əmlakının üzərinə həbs qoyubsa. artıq icra haqqında qanuna görə onu satmaq mümkün olmayacaq. Halbuki necə olmalıdır? Tutaq ki, hər hansı bir şirkət vergi borcunu ödəmir, amma başqalarına da borcu var. Bu halda o əmlakın hamısı satılmalı və məhkəmə tərəfindən ədalətli qaydada onun bölgüsü həyata keçirilməlidir ki, bilinsin, nə qədər vergi borcu var, hüquqi şəxsə, fiziki şəxsə nə qədər borcludur, kimə nə qədər ödənilsin. Yoxsa dövlətin, yəni burada vergi orqanının marağı önə çəkilir…”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə səfiri Ermənistanla sərhəddə şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib

Next Post

Türkiyədə 5 bal gücündə zəlzələ olub

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Azərbaycanda zəlzələ olub

Türkiyədə 5 bal gücündə zəlzələ olub

Rüstəm Muradov Bakıdan İrəvana gedir: Təyyarədə meyitlər var

Rüstəm Muradov Bakıdan İrəvana gedir: Təyyarədə meyitlər var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.