"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Bəlkə də Xəzərdə Su pərisi var…` – Dənizdə qocalan balıqçılar (FOTOLAR)

11 Dekabr 2015 - 10:37
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Xəzəri bilmək olmur. Gah coşub-daşır, gah da sükuta qərq olur. Bu dəniz o qədər fırtınalar, faciələr, xoş anlar yaşayıb ki…

Onlar Xəzəri bəlkə də hamıdan çox sevirlər. Səhər dan yeri ağarandan Günəş batanadək Xəzərin seyrinə dalır, ona təkliyini unutdururlar. Bu yolda canlarından keçənlər də oldu, Xəzərin qumlu sahillərində saç-saqqal ağardan da. Amma Xəzərin sükutu, fırtınası onları usandırmır, əksinə dənizə daha sıx bağlayır.

Söhbət balıqçılardan gedir.

Ömrünü Xəzər dənizində balıq tutmağa həsr edən Cəbrayıl Səfərov dənizin bilinməyən sirlərindən sözaçıb: “Lənkəran rayonunda anadan olmuşam. 50 ildir balıqçılıqla məşğul oluram. Mənim babam, atam da balıqçı olub. Balıqçı ailəsində doğulmuşam. Bu sənətə uşaqlıqdan başlamışam. Atam uzun müddət gəmi kapitanı vəzifəsində çalışıb. Bu dənizə illərimi vermişəm. 50 ildir hər günümü Xəzərdə keçirirəm. Artıq bu dəniz həyatımın ayrılmaz hissəsinə çevrilib”.

Balıqçı “Günəşli” yatağında baş verən faciə günü Xəzərdə dəhşətli dərəcədə küləyin olduğunu deyib.

“Belə küləyi dənizdə heç vaxt görməmişdim. Dəhşət idi. Heç vaxt dənizdə o böyüklükdə dalğalar olmamışdı. Küləyin sürəti saniyədə 45-50 metr olardı. Biz bilirik ki, dənizdə olanlar nə əziyyətlər çəkirlər. Ölüm-dirim mübarizəsi aparırıq dənizdə”.

Müsahibizin sözlərinə görə, dənizə çıxan adam bütün təhlükəsizlik tədbirlərini əvvəlcədən görməlidir: “Xəzərdə baş verən faciədən sarılmışıq. Bu dəniz o qədər faciələr görüb ki, o qədər canlar alıb ki? Amma yenə onsuz yaşaya bilmirik. Dənizin ortasında köməksiz qalan hər kəsə kömək etmək lazımdır. Biz dənizçilərin bir sözü var: ya hamımız xilas olmalıyıq, ya da birlikdə ölməliyik.

Dənizçi dənizdən qorxmamalıdır. Bütün vəziyyətlərə dənizə girib-çıxmağı bacarmalıdır. Avtobus sürücüsü sükan arxasında qorxmadığı kimi dənizçi də dənizdən qorxmamalıdır.

Allah bütün neftçilərimiz rəhmət eləsin. Onlar da bizi kimi çörəklərini dənizdən çıxardırdılar. Dənizdə batanlardan biri çox gəncdir. Onun cəmi 22 yaşı var. Şəkillərini görəndə ürəyimiz üzülür, dənizə baxmaq istəmirəm. Dənizdə sanki onun üzünü görürəm. Həmin gecə elə bil Xəzər dəniz deyil, okeana çevrilmişdi. Dağlar bizim evə çatırdı”.

Qocaman balıqçının sözlərinə görə, dənizdə işləmək həm əziyyətdir, həm də şərəf. Əsl dənizçi bütün çətinliklərə baxmayaraq, dənizdən kənarda qala bilməz. Biz dənizlə birlikdə doğuluruq. Biz ölürük, dəniz isə əbədi yaşayır.

“Bir dəfə mənim özümün də başıma qəribə hadisə gəlib. Qayığa minib balıq tutmağa gedirdim. Birdən gördüm ki, qarşıda böyük ağ parça üzür. Tez qayığı onun yanına sürdüm. Parçanı çəkən kimi gördüm ki, bir kişi meyitidir. Tez onu çəkib sahilə çıxardım.

Dənizə baxanda ürəyim ağrıyır. Elə bilirəm bizim neftçilərimiz gəliblər. Kaş belə bir faciə baş verməyəydi. Çox böyük itkidir. Bu dərdə dözmək çətindir. Kaş bir möcüzə ola, onlar sağ qayıdaydılar”.

Balıqçı Cəbrayıl söhbətimiz zamanı maraqlı bir məqama diqqət çəkib: “Bəzi balıqçıların dediyinə görə, Xəzər dənizində su pəriləri var. Onlar hətta həmin su pərilərini gördüklərini söyləyirlər. Deyilənə görə, su pərilərinin iki növü var. Onların biri vəhşi, digəri isə mələk kimidir. Vəhşi su pəriləri insanlara hücum edir, gəmiləri aşırır. Yaxşı su pəriləri isə insanlara kömək edirlər. Boğulan insanları xilas edir. Bizim dənizdə itkin düşən neftçilərimiz də hələ tapılmayıb. Amma mən heç vaxt su pərisi görməmişəm. Bəlkə də Xəzərdə su pəriləri var.

Amma həmin gecə dəniz dağılırdı. Elə bil dənizlə göy birləşirdi. Dənizdə qeyri-adi, qəribə hadisələr baş verirdi. Bu Allahın möcüzəsi, ilahinin fəlakəti də ola bilərdi. Bu fəlakət isə gəlib bizim qardaşlarımızı özü ilə apardı və sakitləşdi. Bütün fəlakətlərə, dalğalara baxmayaq, biz öz işimiz sevirik. İşimizlə yaşayırıq və ölürük”.

Ələsgər adlı balıqçı da Xəzərin sahillərində yaşa dolduğunu deyir.

“Mən bu dənizdə qocalmışam. Amma həyatım boyu dənizi belə görməmişdim. Biz savadsız insanlarıq. Bilmirik ki, dənizin dibində nələr baş verir. Amma bildiyimiz tək şey var ki, bu dəniz artıq tanınmaz hala düşüb. O bizim əziyyət çəkənlərimizin canına bais oldu, ailələri başsız, uşaqları atasız qoydu. Elə bilirəm ki, dəniz düşmənə çevrilib. Bəlkə də dənizi kimlərsə idarə edir. O, qədər qəzəbli görünür ki, ona yaxın getmək olmur. Xəzər elə bil bizdən küsüb, inciyib”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Rusiyanın Suriyada nə işi var?` – Ərdoğan

Next Post

Prezidentin Çinə səfəri başa çatdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezidentin Çinə səfəri başa çatdı

Avtobus sürücüsü əsl qəhrəmanlıq etdi - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.