Bağçalara ali təhsilli mütəxəssislər cəlb olunacaq

>

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında”qanun layihəsinə dəyişikliklər müzakirə edilib.

Bunu da oxuyun

Modern.az xəbər verir ki, komitə sədri İsa Həbibbəyli deyib ki, qanun layihəsi hazırlanarkən bir neçə nazirliyə göndərilib və onların rəyi alınıb. “Burada təkliflər və tənqidlər var idi. Nazirliklərin təkliflərinin üzərində düşünmüşük”.

Deputat layihənin 7.6-cı maddəsinin bərpa edildiyini bildirib. “Bu, məktəbəqədər təhsilin məzmunu nəticəyönümlük, şəxsiyyətyönümlük, uşaqyönümlük, inkişafyönümlük, tələbyönümlük, varislik, inteqrativlik, millilik və dünyəvilik prinsipləri əsasında müəyyən edilməsini nəzərdə tutur”.

İ.Həbibbəyli həmçinin deyib ki, əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problemi yaranacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəsissəsinə ali pedoqoji təhsil alan mütəxəssislərin də təyin edilməsi təklif edilir.

Müzakirələrdən sonra “Məktəbəqədər təhsil haqqında”qanun layihəsi III oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728