İraqın paytaxtı Bağdada, əsasən şiələrin yaşadığı ərazilərdə iki terror aktı törədilib.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, partlayışlar nəticəsində ən azı 19 nəfər ölüb.
Məlumata əsasən ilk partlayış paytaxtın Əl Ciddə rayonunda törədilib. Belə ki, içərisində partlayıcı qurğunun olduğu avtomobilin partlaması nəticəsində ən azı 17 nəfər ölüb, 43 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Daha bir partlayış isə paytaxtın cənubundan – Zafaraniya rayonunda baş verib. Partlayış nəticəsində iki nəfər ölüb, daha 9 nəfər yaralanıb.
Terror aktlarına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.



