"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bahalaşma olmayacaq – TƏHLİL

15 Sentyabr 2015 - 10:59
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Sentyabr ayı başlanandan bəri ajiotaj yaradılmasına cəhd olunur ki, ölkədə son 1 ay ərzində guya ərzaq məhsullarının qiymətlərinin 25-30%-dək yüksəlməsi müşahidə olunur. Və özünü ilkin olaraq, bir sıra pərakəndə satış məntəqələrində göstərməyə başlayan bu proses guya, bütün ölkəyə yayılır. Hökumət isə deyirdi ki, bahalaşma olmayacaq. Bəs, əslində vəziyyət necədir?

Ölkədə istehlak qiymətlərinin indeksi sabit vəziyyətdədir. Hətta ötən aya, yəni avqusta dair rəsmi statistikaya əsasən deflyasiya qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin avqust ayında əvvəlki ayla müqayisədə Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,3, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə yüksəlib ki, bu da cəmi 0,1% təşkil edib.

Halbuki, ölkədə bu il manatın devalvasiyası ilə əlaqədar qiymətlər həqiqətən yüksəlməli idi. Ancaq məsələ bundadır ki, Mərkəzi Bank tərəfindən fevralın 21-i tarixində manatın dəyəri ABŞ dollarına nəzərən ucuzlaşdırıldıqdan sonra istehlak bazarında kəskin bahalaşma olacağı gözlənilsə də, aprel və may aylarında əks tendensiya müşahidə edildi. Belə ki, 2015-ci ilin mart ayında ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9% bahalaşmışdısa, apreldə əvvəlki ayla müqayisədə 0,2, mayda isə 0,6% ucuzlaşma baş verdi.

Ümumiyyətlə, Azərbaycanda istehlak qiymətləri indeksi il başlayandan bəri artmaq əvəzinə azalmaqdadır. Doğrudur, bunda manatın ucuzlaşdırılmasından sonra İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında sui-istifadə halları və süni qiymət artımına qarşı nəzarətin gücləndirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməyə başlanmasının böyük rolu oldu. Çünki etiraf etmək gərəkdir ki, ölkədə istehlak bazarında qiymətlərin təşəkkül tapmasında xarici təsirlərin rolu böyükdür. Ona görə də hökumət bahalaşmaya meylin qarşısını almaqdan ötrü həmişə ciddi səy göstərir və bu sahədə hazırda da nəzarət mexanizmi işlək vəziyyətdə saxlanılır.

Bununla belə, qiymətləri uzun müddət eyni səviyyədə saxlamaq mümkün deyil. Üstəlik, bu, iqtisadi nöqteyi-nəzərdən də düzgün deyil. Bu zaman iqtisadiyyatın inkişafı, başqa sözlə desək, istehsal ilə artım stimul əldə edə bilmir. Odur ki, əvvəlki şərhlərimizdə yazmışdıq ki, payız aylarında həm mövsümi faktorlarla, həm də yaranmış yeni iqtisadi situasiyaya uyğun olaraq, hökumətin qiymətləri nisbətən sərbəst buraxacağı gözləntisi ilə əlaqədar istehlak bazarında bahalaşma müşahidə ediləcəyi istisna deyil. Yəni, bu, təbii haldır və burada qeyri-adi nəsə axtarmağa, o cümlədən, təşvişə düşməyə ehtiyac yoxdur.

Azərbaycanda istehlak bazarında qiymətlər nəzarət altındadır. Və bunu bayaq qeyd etdiyimizə əsasən, manatın dəyərinin bu ilin fevral ayında dollara və avroya nəzərən buraxıldıqdan sonra ən zəruri idxal məhsullarının bahalaşmaması da sübut etdi.

Diqqət yetirmək kifayət idi ki, dollar və avro bahalaşan kimi, məsələn, minik avtomobillərinin ilkin satış qiymətləri, o cümlədən məişət elektrik malları dərhal 30-35% bahalaşdı. Amma xaricdən idxal olunan ərzaq və yeyinti məhsullarının satış dəyəri üzrə heç bir dəyişiklik qeydə alınmadı. Yəni, bu sahədə heç bir bahalaşma qeydə alınmadı.

Odur ki, hətta qiymət artımı baş versə belə, narahat olmağa dəyməz. Bu, uzun müddət davam etməməklə yanaşı, kəskin xarakter ala bilməz. Çünki real olaraq ölkədə iqtisadi aktivlik aşağı səviyyədədir. Alıcılıq qabiliyyəti də əvvəlki kimi deyil və ümumiyyətlə, hələ bir az da zəifləyəcəyi gözlənilir.

Yeri gəlmişkən, bir amilə də toxunmaq istərdik. Xatırladaq ki, bu il üçün ölkədə inflasiya birrəqəmli səviyyədə proqnozlaşdırılıb. Düzdür, Mərkəzi Bankın əvvəlki hesablamasına əsasən bu, 3-4% civarında olmalı idisə, sonradan xarici maliyyə qurumlarının da müvafiq açıqlamalarına görə, çox olacaq. Amma hər halda, 10%-i aşmayacaq.

Üstəlik, BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) ərzaq məhsulları üzrə mövcud dünya bazar qiymətləri barəsində yaydığı statistik məlumatda deyilir ki, 2015-ci ilin avqust ayında 5,2% ucuzlaşma qeydə alınıb. Bu isə 2008-ci ildən bu yana ən kəskin ucuzlaşmadır. Deməli, idxal sarıdan da bahalaşma üçün təsir imkankanları məhduddur.


Pərviz Heydərov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakının bir çox küçə və prospektlərində tıxac yaranıb

Next Post

`Yenindən hannibalizmə qayıdırlar` – Millət vəkilindən sərt sözlər

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Yenindən hannibalizmə qayıdırlar` - Millət vəkilindən sərt sözlər

Danimarka Xalq Partiyası miqrantlara qarşı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.