Qazaxıstanda əriyən qarın səbəb olduğu daşqınlardan zərər çəkmiş ərazilərdən 100 mindən çox insan təxliyə edilib.
Elchi.az xəbər verir ki, şiddətli yağışlı qışdan sonra əriyən qar sularının daşqınlara səbəb olması nəticəsində ölkənin 10 ştatında 3 mindən çox evi su basıb, nəqliyyat infrastrukturuna, xüsusilə magistral yollara və körpülərə də ziyan dəyib.
Daşqın səbəbindən ölkənin qərb və şimal bölgələrində bəndlər tamamilə dolub.
Su basmış kənd ərazilərində qrupların gərgin səyləri nəticəsində yüz minə yaxın qoyun və mal-qara xilas edilsə də, minlərlə baş heyvan tələf olmaqdan qaça bilməyib.
Ölkədə gecə-gündüz davam edən təxliyə və sellə mübarizə əməliyyatlarında əsgərlər də daxil olmaqla 34 min 272 şəxsi heyət çalışır.
Daşqından zərər çəkmiş rayonlara 1000 ton humanitar yardım çatdırılıb.
Şayəstə Hüseynova






