"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bakı 2015”-in simvolları haqqında nə bilirik?

28 Noyabr 2014 - 09:59
in MARAQLI

Olimpiada oyunlarındakı simvollar nəyi əks etdirir? img1689777

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Xəbər verdiyimiz kimi, Bakı 2015 Avropa Oyunları Ceyran və Narı ilk dəfə olaraq keçiriləcək idman tədbirinin rəsmi simvolları (maskotları) təqdim edib. Təqdimatda bildirilir ki, ceyran və nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir. Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı 2015 brendində əks edilərək artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib. Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Pekin-2008
Bura qədər yazılanlarla artıq tanışsız. Amma maskotların təqdimatından dərhal sonra sosial şəbəkə və ictimai sektorda bununla bağlı ciddi müzakirələr başladı. Əksər insanlar bunun yanlış seçim olduğunu iddia etdilər, məsxərələr, ironik yanaşmalar baş alıb getdi. Hətta  köşə yazarı Zamin Hacı bu məsələdə bir az da irəli gedərək, ceyran maskotu ilə bağlı ilginc bir təfərrüatı yazısında qabartdı: “Məsələ ondadır ki, simvolda ceyran qız paltarı geyinib, alnına qadın bəzəyi taxıb, hətta əlində də qızılgül tutub, ancaq başında buynuzu vardır! Elmi baxımdan, dişi ceyranlarda heç vaxt buynuz olmur”.
London-2012
“Yeni Müsavat” isə mövzunun aktual olduğunu nəzərə alıb, bəzi olimpiada talismanları ilə bağlı tarixə ekskursiya edir. Arayış üçün nəzərinizə çatdırırq ki, bir çox hallarda olimpiada talismanları ölkə üçün ən populyar heyvanlar, ya da cizgi qəhrəmanları olur. Onlar bir qayda olaraq reklam-kommersiya əhəmiyyəti daşıyır və əlavə maliyyələşmə resursudur.
Məsələn, 2004-cü ildə Yunanıstandakı Olimpiya oyunlarının simvolu Fivos və Afina adlı iki kukla olub. Məlum olub ki, bunların hər ikisi də qazıntılar zamanı üzə çıxarılmış, Yunanıstanın tarixi üçün önəm daşıyan fiqurlardır. Belə ki, Fivos göy, onun bacısı Afina isə narıncı rəngdə olub. Olimpiada təşkilatçılarının fikrincə, antik oyun çempionları uşaq vaxtı bu oyuncaqla oynayıblar. Bundan başqa, bəzi simvollar öz adlarını antik Allahlardan götürüblər – Appalon, Febis və ya müdriklik allahı Afina…
Ya da yaşı çatanlar xatırlaya bilər. 1980-ci ildə Sovetlər dövründə olimpiadanın simvolu olan balaca ayı vardı. Biz onu uzun illərdir xatırlayırıq: açıqcaları, suvenirləri, stəkanlarını da … Burda məqsəd ölkə üçün ən spesifik olan heyvanın ön plana çıxarılması idi. Rus ayısı… ifadəsi kimin yadında deyil ki?
Simvollardan danışıb, 2008-ci ildəki Pekin olimpiadasındakı simvolu unutmaq olmaz. Balaca öküz Lele Çinin əsas simvollarından biridir.
Və ya daha yaxın tarix. 2012-ci il London Yay Olimpiya Oyunlarının ilk talismanları metal rəngdə Venlok və Mendevill adlı iki təkgözlü məxluqlar seçilib. Maç Venlok kəndində XIX əsrdə idman oyunları keçirilib. Həmin oyunlar Pyer de Kuberteni Ümumdünya Olimpiya Oyunlarının yaradılmasına ruhlandırıb. Bukinhemşir qraflığında yerləşən Stouk Mandevill hospitalı isə Paralimpiya Oyunlarının dünyaya gəldiyi yer kimi göstərilir.
Olimpiadanın talismanı olan kimi Venlok əllərində olimpiya halqalarının sayı qədər – 5 qolbaq gəzdirir. Mendevill isə öz baş forması ilə Paraolimpiya Oyunları simvolunu təkrarlayır. Hər iki məxluqun alnında sarı fənərlər yanır. Bu isə London taksilərinin üstündəki analoji işarəni əks etdirir.
Bu talismanları rəssam Maykl Morpuqro hazırlamışdır. Təşkilat komitəsinin sədri Sebastyan Kounun sözlərinə görə, talisman seçimində uşaq və ailə cütlüklərindən ibarət fokus qrupların fikirləri nəzərə alınıb. Onun fikrincə, uşaqlar olimpiadanın talismanları qismində heyvanları görməyi o qədər də arzu etməyiblər. Onlar öz tarixi əlamətlərinin talismanlarda əksini istəyiblər.
Sevinc TELMANQIZI 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Niyaməddin Orduxanlıdan sərt açıqlamalar

Next Post

Neftin ucuzlaşması davam edərsə…

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Neftin ucuzlaşması davam edərsə...

Kiyevdə Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.