
Bakının Sabunçu rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, aeroport şossesində 1974-cü il təvəllüdlü Əliyev Mahir Həsənağa oğlu idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən 1960-ci il təvəllüdlü Abdullayeva Bənövşə Nadir qızını vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sürücü M.Əliyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.



