
Elchi.az Trend-ə istinadən xəbər verir ki, bunu mərkəzin layihələndirmə işlərini görən “Chapman Taylor” dizayner şirkətinin direktoru Tim Karran deyib.
O bildirib ki, sahəsi 120 min kvadratmetr olan mərkəz ailəvi istirahət məkanı kimi hazırlanır: “Təklif ediləcək əyləncə xidmətlərinin çeşidi çox müxtəlif olacaq, mərkəzdə bütün nəslin nümayəndələri üçün çox gözəl ab-hava yaradılacaq”.
Bundan əvvəl “Caspian Waterfront” iri konqres mərkəzi olmalı idi, lakin sonradan mərkəzin təyinatı dəyişdirildi.
“Chapman Taylor”un qənaətincə, əyləncə mərkəzi Bakının simvollarından birinə çevrilməlidir.






