
Bərdə şəhərində 4 mərtəbəli mərkəzi poçt binasının 2-ci mərtəbəsində çöl divarından keçən kommunikasiya xətləri 1 p.m yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, poçtun binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakının Nəsimi rayonunda isə 5 mərtəbəli Bakı dəniz limanı binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m olan mətbəxdə 1 ədəd kartof bişirən aparat yanıb.
Mətbəx yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



