"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı ilə Avropa İttifaqı arasındakı soyuqluğun səbəbi…

03 Dekabr 2015 - 10:41
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

– Avropa Parlamentinin son qətnaməsindən sona Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər kəskin dəyişib. Ümumiyyətlə, bundan sonra münasibətlər necə inkişaf edəcək? Siz müsahibələrinizdə Azərbaycana mandat verilməsini qeyt etmişdiniz. Bu mandat nə deməkdir?

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərin ona ünvanladığı bu sualı belə cavablandırıb:

– Mandat o deməkdir ki, biz artıq onlara yeni saziş layihəsini təqdim edirik. Saziş Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlığın qurulmasına hesablanıb. Danışıqlara başlamaq üçün Avtopa İttifaqı və xarici işlər qurumu buna mandat verməlidir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, mandat verilsin və danışıqlar başlasın. Lakin Avtopa İttifaqı əvvəlcə bir-iki görüş keçirməyi, ümumi müzakirələr aparılmasını istəyir.

Hesab edirəm ki, biz bu məsələdə həssas olmalıyıq. Münasibətlərdə soyuqluq var. Söhbət yalnız Avropa Parlamentinin məlum qətnaməsindən getmir. Düzdür, bu qətnamədə xeyli sayda yanlış, təhrif olunan məlumatlar yer alıb. Lakin münasibətlərin soyumasının əsas səbəbi bundan ibarətdir ki, indiyə qədər Dağlıq Qarabağ məsələsində onlardan vahid mövqe almamışıq.

Riqa sammitdə Avropa İttifaqı, Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı bəyan edildi. Bu, Azərbaycan daxil olmaqla bütün proqram iştirakçılarına aid olunur. Lakin eyni zamanda Dağlıq Qarabağ konfliktinin necə həll olunması Riqa Sammitinin yeni sənədində öz əksini tapmayıb.

Avtopa İttifaqı Moldova, Gürcüstan, indi isə Ukraynadakı münaqişələrlə bağlı həm bəyanat verir, bildirir ki, konfliktlər ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Azərbaycana gəldikdə isə Avropa İttifaqı hesab edir ki, danışıqlar Minsk qrupu tərəfindən aparılmalıdır. Onlar hansı qərara gəlsələr, Avropa İttifaqı da bu qərarı dəstəkləyəcək. Lakin Avropa İttifaqı bu məsələdə konkret mövqe ortaya qoymur. Niyə Ukrayna, Moldova, Gürcüstan münaqişələrində konkret prinsiplər, çərçivələr ortaya qoyulur, lakin Azərbaycanla bağlı bu mövqe yoxdur?

Eyni zamanda Avropa İttifaqı Azərbaycanın terrorizmlə mübarizədə, enerji təhlükəsizliyində, multikulturalizm planında vacib tərəfdaş olduğunu bildirir. Bu isə Aİ və Azərbaycan münasibətlərində soyuqluq yaradır. Hesab edirəm ki, bu vəziyyətdən çıxmaq lazımdır. Lakin biz öz mövqeyimizdə durmalıyıq. Çalışmaq lazımdır ki, danışıqlar baş tutsa, bizim mövqeyimiz strateji sənəddə əks olunsun. Qarabağ məsələsində biz tələb edəcəyik ki, Avropa İttifaqı bizə uyğun mövqe tutsunlar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Böyük Britaniya İŞİD-in Suriyadakı mövqelərinə ilk hava zərbələrini endirib”

Next Post

Azərbaycan ÜTT-ə üzv olmağa hazır deyil – XİN

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan ÜTT-ə üzv olmağa hazır deyil - XİN

Yeni il ərəfəsində Azercell-dən “Pulsuz Danışıq Günləri” kampaniyası!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.