"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı Limanı ötən il yükaşırmanı 15%-dək artırıb

09 Fevral 2022 - 14:34
in İQTİSADİYYAT

Ötən il “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) ümumi yükaşırmanın həcmində 14,6%, quru yükün aşırılması 66%, konteyner daşınması isə 11,6% artıb. Bununla da proqnoz 104% həcmində icra edilib.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Bakı Limanından verilən məlumata görə, müşahidə olunan yük həcminin artımı Azərbaycanın tranzit mövqeyinin regionda möhkəmlənməsinin və xüsusən də, konteynerləşmiş yüklərin artımı Azərbaycan üzərindən keçən dəhlizlərin beynəlxalq logistikaya inteqrasiyasının göstəricisi kimi qiymətləndirilə bilər.

Məlumata görə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan limanda ümumi yükaşırmanın həcmi 5,6 mln. ton olubdur ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 14,6% çoxdur.

Ümumi yükaşırmanın 5,1 mln. tondan çox və ya 92,7%-lik hissəsi tranzit yüklərin payına düşür. Bu göstərici də üçüncü ölkələrin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə olan marağının nəticəsidir.

Hesabat dövründə ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri quru yükün aşırılmasında qeydə alınıb. Beləki, 2020-ci ildə Bakı Limanı vasitəsilə 711 min tondan çox quru yük aşırılmışdısa, ötən il bu göstərici 66% artaraq, 1 milyon 183 min tondan çox olub.

Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində müşahidə edilib. 2021-ci ildə aşırılan neft və neft məhsullarının həcmi 2020-ci ilə nisbətən 2,3 dəfə artaraq 1,1 mln. tondan çox olub.

Qeyd edək ki, 2021-ci ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmaların davam etməsi beynəlxalq nəqliyyat xətləri üzrə hərəkət istiqamətlərində müəyyən dəyişikliklərə səbəb olub. Belə ki, hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin daşınmasında 8,8% azalma olub. Bakı Limanı vasitəsi ilə 39 431 ədəd (TIR) daşınıb ki, bunlardan da 23 476 (59,5%) ədədi Bakı-Türkmənbaşı-Bakı, 15 955 (40,5%) ədədi isə Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Eyni zamanda, Bərə terminalında vaqon aşırılmasında 18,7% azalma müşahidə edilib. Ötən il Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 30 426 ədəd olub ki, bu vaqonlardan da 20 867 ədədi Bakı-Türkmənbaşı-Bakı (68,6%), 9 559 vaqon isə Bakı-Kurık/Aktau-Bakı (31,4%) istiqamətində hərəkət edib. Qeyd olunmalıdır ki, 2020-ci illə müqayisədə ötən il iritonnajlı (TIR) nəqliyyat vasitələrinin daşınmasında azalma müşahidə edilsə də, 2019-cu illə müqayisədə 17%-lik artım qeydə alınıb. Yuxarıda qeyd edilən sahələr üzrə faiz göstəricilərində müəyyən azalma qeydə alınsa da, ümumi yükaşırmanın həcmində müsbət tendensiya davam edib.

Ümumilikdə, 2021-ci ildə Bakı Limanında qeydə alınan nəticələr müsbət qiymətləndirilir, ötən il üçün əvvəlcədən müəyyənləşdirilən proqnoz 104% həcmində icra edilib. Bakı Limanının yükaşırma həcminin artması bilavasitə Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi daxili məhsulunun artması kimi səciyyələndirilir və Azərbaycanın regionda trans-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ neft qiymətləri üzrə proqnozunu yüksəldib

Next Post

AMB-nin valyuta məzənnələri

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
AMB-nin valyuta məzənnələri

AMB-nin valyuta məzənnələri

Yeni magistral yolun tikintisi sürətlə davam etdirilir – VİDEO – YENİLƏNİB

Yeni magistral yolun tikintisi sürətlə davam etdirilir - VİDEO - YENİLƏNİB

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.