"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı Metropoliteni iki yeni stansiyanın açılışına hazırlaşır

01 Aprel 2016 - 14:57
in XƏBƏR LENTİ
Bakı Metropoliteni iki yeni stansiyanın açılışına hazırlaşır

Bakı metrosunda daha bir yenilik tətbiq edilib. “Report” xəbər verir ki, bu gündən etibarən metronun “Memar Əcəmi” stansiyasında sərnişinlərin giriş və çıxış yeri dəyişdirilib. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də təsdiq edib.
“Stansiyada sərnişinlərin hərəkətini nizamlamaq məqsədilə bu gün səhərdən etibarən metroda giriş və çıxışın yeri dəyişdirilib. Belə ki, “Memar Əcəmi” stansiyası Bakı Metropoliteninin üçüncü,  “Bənövşəyi xətt”in ilk iki stansiyası – “Avtovağzal” və “Memar Əcəmi-2” ilə keçid stansiyasıdır. Yeni stansiyalar istismara verildikdən sonra, bu üç stansiyanın sərnişinlərinin hərəkətində toqquşma yaranmaması üçün bu gündən “Memar Əcəmi”nin giriş və çıxış yeri dəyişdirilib”, – deyə N.Paşayev qeyd edib.
Qeyd edək ki, Bakı Metropoliteninin yeni “Bənövşəyi xətt”in ilk iki stansiyası – “Avtovağzal” və “Memar Əcəmi-2”-nin eyni vaxtda – 2016-cı ilin ilk yarısında açılması nəzərdə tutulub.
“Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarət olacaq, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift olacaq. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb. “Memar Əcəmi-2”-də eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır və eskalatorun sayı 17-dir. Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən “Yaşıl” və “Bənövşəyi” xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcək. “Memar Əcəmi-2” – “Bənövşəyi xət”dən mövcud “Yaşıl xətt”ə keçid stansiyası rolunu oynayacaq. Sərnişinlər buradan “Memar Əcəmi” stansiyasına keçməklə, “Yaşıl xətt”ə daxil olan stansiyalardan istifadə edə biləcəklər.
Stansiyada 7 vaqonlu qatarların olması nəzərdə tutulub, amma ilkin olaraq 5 vaqonlu qatarlar hərəkət edəcək.
“Bənövşəyi xətt” 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzanacağı planlaşdırılır.
Eyni zamanda, “Avtovağzal” stansiyasının 8 giriş-çıxışı olacaq. Burada 20 eskalator və 8 travelator, həmçinin, fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. Hər iki stansiya və bundan sonra “Bənövşəyi xətt” üzrə tikiləcək stansiyaların paltformasının uzunluğu 144 metrdir. “Avtovağzal” stansiyasında iki ədəd piramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə, Biləcəri istiqamətində, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.
Qeyd edək ki, bütün bu yeniliklər stansiyaların yaxın vaxtlarda istismara veriləcəyinə dair əsas yaradır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dindarlara qarşı əməliyyat zamanı qazlar kəsiləcək

Next Post

Bakıda qorxunc səs- videomontaj məhsulu olsa da, izahat gözləyənlər var

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıda qorxunc səs- videomontaj məhsulu olsa da, izahat gözləyənlər var

Hava kəskin pisləşəcək: Yenə qar yağacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.