"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı metrosunda bunları etməyin – 10 manat cəriməsi var

13 Aprel 2017 - 16:47
in CƏMİYYƏT

Bakı metrosunda bunları etməyin

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Hər gün Bakı metrosundan 1 milyondan çox insan istifadə edir. Metronun 25 stansiyasının olduğunu nəzərə alsaq, stansiyalar üzrə hərəkət edən sərnişinlərin əksəriyyətinin sudan, saqqızdan, müxtəlif qidalardan istifadə edərək antisanitariya qaydalarını pozmasının şahidi olmamaq mümkün deyil. Xüsusilə də, yay aylarında suya tələbat artdığından, suyu içdikdən sonra qabları oturacaqların üzərinə atılır.

Metbuat.az bildirir ki, oturacaqlarda, yerdə salfet, kontur kartları xoşagəlməz mənzərə yaradır. Tutacaqlara yapışdırılan saqqızlara görə isə adam ordan tutmaqdansa yıxılmağa üstünlük verir. Hələ burunları ilə oynayanların qatarda yaratdığı antisanitariya vəziyyəti lap ürək bulandırır.

Qatarlara zibil qablarının yerləşdirilməməsi özü də problemdən çıxmağa yardım etmir.

Qeyd edək ki, metronun vestibül və platformalarında zibil qablarının olmaması Beynəlxalq İctimai Nəqliyyat Assosiasiyasının qərarına əsasən qadağan olunub. Bu isə təhlükəsizlik məsələsi ilə əlaqələndirilir. Belə ki, terrorçular partlayıcını əsasən onun içərisinə yerləşdirir.

Dəfələrlə bir çox sərnişinin kartyükləmə aparatlarından çıxan çekləri elə oradaca yerə atıb getməsinə şahid olmuşuq. Halbuki, həmin aparatların yanında karton qutular da qoyulur.

Böyük bir ərazinin təmizliyi üçün yalnız metronun giriş-çıxışında bir zibil qabının nəzərdə tutulması da əlavə problemlərə yol açır.

Qadağanı pozanlara isə 10 manat cərimə olunur

“Bakı Metropolitenindən istifadə qaydaları”nın 5.1.18. bəndinə əsasən, stansiyaların vestibüll, keçid və platformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək, 5.1.19. bəndinə əsasən, yollara hər hansı əşya atmaq qadağandır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev mövcud vəziyyətdən danışıb:

“Kimsə metronu müxtəlif tullantılarla çirkləndirirsə, bu birbaşa onun mədəniyyət göstəricisidir. Vaqon və stansiyalar mütəmadi şəkildə təmizlənir. Lakin insanlara nəzarət etmək mümkün deyil. Metrodan istifadə edənlər sanitariya qaydalarına riayət etməlidir. Qatar xəttdən çıxarkən, depoya gedən zaman gün ərzində 1-2 dəfə yuyularaq təmizlənir. Təmiz olmayan qatar xəttə buraxılmır. Onların çirkləndirilməsi də məhz xəttə buraxılarkən baş verir. Qaydaları pozanları 10 manat civarında cərimə gözləyir. Cərimələr metroda fəaliyyət göstərən polis əməkdaşları tərəfindən tətbiq edilir”.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Ovçular evi”nin yerində deputatlara bina tikiləcək – FOTO/VİDEO

Next Post

Azərbaycanlı bloger: Hər videodan 600-700 min qazanıram – VİDEO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Azərbaycanlı bloger: Hər videodan 600-700 min qazanıram - VİDEO

Orduxan Teymurxanın ailə üzvlərindən prezidentə - Müraciət

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.