"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı metrosunda generator problemi həll edilir

12 Dekabr 2018 - 15:59
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarının alternativ enerji mənbəyi ilə təmin edilməsi ilə bağlı işlərini davam etdirir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, yeni tikilməkdə olan Bənövşəyi xətt üzərində dizel elektrik stansiyası inşa edilir, Qırmızı və Yaşıl xətlər üzrə hərəkətin alternativ enerji ilə təmin edilməsi isə iki mərhələdə həyata keçiriləcək:

“Bunun üçün “Azərişıq” ASC-nin 10 yarımstansiyasında dizel elektrik stansiyası qurulur. Elektrik enerjisinin verilişində fasilə yaranarsa, həmin dizel stansiyaları avtomatik işə salınacaq”.

Məlumat üçün bildirək ki, ölkə başçısının göstərişindən sonra Bakı Metropoliteni” QSC generator almaq üçün tender elan edib. Tenderin qalibi Türkiyənin “MTU Motor Turbin Sanayi ve Ticaret” anonim şirkəti olub. Bu il sentyabrın 6-da qalib şirkətlə 6,33 mln. avro dəyərində satınalma müqaviləsi imzalanıb.

Xatırladaq ki, 2018-ci il iyulun 2-də və 3-də Mingəçevir İES-də baş vermiş enerji qəzası ilə əlaqədar generatorlarla tam təmin edilməyən “Bakı Metropoliteni”nində  problemlər yarandı. İyulun 4-də müşavirədə çıxış edən sədr Zaur Hüseynov bildirib ki, ayın 2-də gərginlik itəndən sonra hərəkətdə olan 18 sərnişin qatarı dayanıb, 9-u stansiyalarda, 9-u tunellərdə qalıb. Sərnişin qatarlarının, stansiyaların və tunellərin işıqları sönüb, eskalatorlar və travalatorlar, ventilyasiya şaxtaları, əsaslı, yerli və çirkab su xaric qurğularının nasosları dayanıb.

Qəzadan təqribən saat yarım sonra metronun “Sahil”, “Nizami” və “Nəsimi” stansiyalarında əsaslı su xaric qurğularında suyun səviyyəsi kritik həddə çatmışdı.

Tunellərdə təxliyə əməliyyatları aparmaq üçün metropoliten işçilərindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar təlimatlandırılaraq tunellərə göndərilmişdi. Qəzanın birinci günü ümumilikdə 154 nəfər sərnişin təxliyə edilib. Onlar arasında xəsarət alan olmayıb. Saat 14:10-da yüksək gərginlik verildikdən sonra xətlərdəki qatarlar depoya çıxarılıb. Saat 5:25-də isə təsdiq olunmuş qrafik üzrə qatarlar normal hərəkətə başlayıb. İyulun 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi verilişi dayananda analoji fəsadlar yaranıb və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub.

Prezident İlham Əliyev Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlərlə  bağlı metropoliten və bir sıra dövlət qurumlarının, strateji obyektlərin generatorlarla təmin edilməsi göstərişini verib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yol polisi texniki baxışla bağlı sürücülərə müraciət edib: “Qaydalar dəyişib”

Next Post

Bakcell qalib məktəbliləri mükafatlandırdı – FOTO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bakcell qalib məktəbliləri mükafatlandırdı – FOTO

Bakcell qalib məktəbliləri mükafatlandırdı – FOTO

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır – VİDEO

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.