Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.
Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 0,64 dollar bahalaşaraq 41,07 dollar olub.
VTİ markalı neftin bir barreli isə 1,21 dollar artaraq 38,34 dollar təşkil edib.
“Azəri Layt” markalı Bakı neftinin bir barrelinin qiyməti 0,88 dollar və yaxud 2,17% bahalaşaraq 41,45 dollara yüksəlib.




