Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.
Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 0,95 dollar bahalaşaraq 41,60 dollar olub.
VTİ markalı neftin bir barrelinin qiyməti isə 1,53 dollar artaraq 40,55 dollara yüksəlib.
“Azəri Layt” markalı xam neftin bir barrelinin qiyməti də 1,53 dollar və yaxud 3,72% bahalaşaraq 42,63 dollara satılıb.




