09:50
Dünya birjalarında neftin qiyməti kəskin qalxıb.
Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barreli 1,92 dollar qalxaraq 42,01 dollara yüksəlib.
VTİ markalı neftin bir barrelinin qiyməti isə 1,77 dollar artmaqla 39,84 dollar olub.
“Azəri Layt” markalı neftin bir barrelinin qiyməti də 3,19 dollar və yaxud 8,07% bahalaşaraq 42,72 dollara satılıb.




