
Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Magistralın 112-ci km-də, Siyəzən rayonu ərazisində nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır bədən xəsarətləri alıb.
Ölənlərin hər ikisi qadındır, xəsarət alanlardan biri kişi, digər isə qadındır.
Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır. (APA)



