"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı Regional Peşə Tədris Mərkəzinin yenidən qurulan binası istifadəyə verildi – Fotosessiya

22 Yanvar 2015 - 13:19
in CƏMİYYƏT MANŞET

Elchi.az xəbər verir ki, yanvarın 22-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin10583961_806558482736522_6954173153135619460_n Bakı Regional Peşə Tədris Mərkəzində aparılmış yenidənqurma işlərindən sonra burada yaradılmış şəraitə, peşə təlimi üzrə yaradılmış yeni sinif otaqları və emalatxanalara baxış olub.
Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əmək potensialının iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasının Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf konsepsiyasının vacib elementlərindən olduğunu diqqətə çatdırıb: “Dövlət məşğulluq strategiyasında, ayrı-ayrı dövlət proqramlarında peşə-ixtisas təlimi sisteminin iqtisadi inkişafa uyğun təşkili prioritetlərdən biri kimi müəyyən olunub. Nazirlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti də məhz mövcud işçi qüvvəsinin əmək qabiliyyətlərinin iqtisadiyyatın tələblərinə uyğun formalaşdırılmasına yönəlib”. S.Müslümov bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən son bir il ərzində 3786 nəfər işsiz və işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunub. Onlardan 2 min nəfərə yaxını məhz nazirliyin Bakı, Naxçıvan şəhərlərində və Göyçay rayonundakı Regional Peşə Tədris Mərkəzlərində peşə təlimi keçib: “Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində Bakı və Göyçaydakı həmin mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsi işləri aparılıb. Bu işlər çərçivəsində Bakı Regional Peşə Tədris Mərkəzində də yenidənqurma işləri aparılmaqla, əlavə olaraq daha 7 sinif otağı və emalatxana yaradılıb. Beləliklə, mərkəzdə müxtəlif peşələrin təlimi üçün sinif otaqları və emalatxanaların sayı artıq 23-ə çatıb. Əgər ötən il mərkəzdə 1228 nəfər peşə hazırlığına cəlb edilibsə, bundan sonra burada ildə 2 minədək şəxsin peşə hazırlığı mümkün olacaq”.
Nazir qeyd edib ki, mərkəzdəki sinif otaqları və emalatxanalar peşə təlimi, peşələrin praktik şəkildə öyrədilməsi üçün lazımi texniki və tədris vəsaitləri ilə təmin olunub. Mərkəzdə ənənəvi təlim üsulları ilə yanaşı, modul təlim texnologiyası da tətbiq olunur ki, bu da işaxtaran şəxslərin daha müasir üsulla və qısa zamanda yeni peşələrə yiyələnməsinə və əmək bazarına daxil olmasına imkan verir. Ümumiyyətlə, hazırda Dövlət Məşğulluq Xidməti tərəfindən 86 ənənəvi və 58 modul təlim proqramları üzrə peşə hazırlığı kursları təşkil olunur. “Ölkədə peşə hazırlığı sisteminin regionlar üzrə genişləndirilməsi, həmçinin bölgələrdə kadr hazırlığının çevik və daha səmərəli proqramlar əsasında təşkili məqsədilə “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində Gəncə şəhərində də müasir tipli Peşə Tədris Mərkəzinin yaradılması nəzərdə tutulur”.
Tədbirdə çıxış edənlər işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının təmin olunmasında peşə hazırlığının önəmini qeyd edərək, Bakı Regional Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılmış işlərin nəticələrinin təqdirəlayiq olduğunu vurğulayıblar.
Sonra tədbir iştirakçıları mərkəzdə kompyuter mühasibatlığı (1C proqramı üzrə), əməliyyatçı mühasib, kompüter texnikasının təmiri, ingilis dili, elektrik, qaynaqçı, avtomobillərin təmiri üzrə çilingər, quraşdırıcı çilingər, plastik materiallardan məmulatların hazırlanması, bərbər, qənnadçı, aşbaz və digər peşələr üzrə yeni sinif otaqlarına, emalatxanalara və tədris ləvazimatlarına, mərkəzdəki yardımçı xidmət otaqlarına (həkim otağı, akt zalı, kitabxana, server otağı, bufet və s.), ayrı-ayrı peşələr üzrə təlim prosesinə baxış keçiriblər.keçiriblər.

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda radikal dini qrup tutuldu

Next Post

Səfirimiz "İlin adamı" oldu

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Səfirimiz "İlin adamı" oldu

Bu ölkə Bakıda səfirlik açdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.