"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı sakinləri evlərindən qovulur

13 Noyabr 2017 - 17:48
in HADİSƏ

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Bakının Azadlıq prospekti, 80 ünvanında yerləşən çoxmərtəbəli, 112 mənzilli binanın “Fədək” MMC adlı şirkət tərəfindən sökülməsi ətrafında qalmaqalın davam etdiyi bir vaxtda Nəsimi rayonunda daha bir gərginlik yaranıb.

Elchi.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə rayonun Süleyman Rəhimov küçəsi, 203 ünvanında yerləşən (17 saylı Mənzil-İstismar Sahəsi) binanın sakinlərinin evlərindən çıxmaq üçün xəbərdarlıq aldığı, onlara yır-yığış etmək üçün bir ay vaxt verildiyi məlum olub.

Binanın sakinləri bildiriblər ki, “Bizim ailə” MMC adlı yeni yaradılmış, ofisi və bank hesabı belə mövcud olmayan hansısa şirkətin nümayəndələri onlara “pilot layihə” çərçivəsində evlərindən köçürüləcəkləri barədə ultimatum veriblər. Sakinlərə ancaq bir variant təklif edilib: evlərini tərk edib kirayə mənzillərə köçsünlər və onların yaşadıqları binanın yerində inşa ediləcək yeni çoxmərtəbəli binada təzə mənzillərə köçürüləcəkləri günü gözləsinlər.

Sakinlər isə deyirlər ki, tikinti sahəsində heç bir təcrübəsi olmayan, cəmi 10 manat nizamnamə kapitalına malik, heç kimin tanımadığı şirkətin onları aldadıb aradan çıxmayacağına heç bir təminat yoxdur. Şirkət Nəsimi rayon İcra Hakimiyyətinin podratçısı qismində çıxış edir, lakin bundan əvvəlki “pilot layihə” söküntülərində olduğu kimi, bu dəfə də İcra Hakimiyyəti təminatçı rolunda çıxış etmir. Yəni gələcək mümkün məhkəmə çəkişmələri ancaq sakinlərlə MMC arasında gedə bilər.

“Kim təminat verə bilər ki, heç kəsin tanımadığı bu şirkət bizi aldatmayacaq? Sakinlər qarşısında öhdəliyin yerinə yetirilməsinə kim cavabdeh olacaq, kim bu öhdəliklərin vaxtında yerinə yetirilməsinə nəzarət edəcək? Tikinti sahəsində heç bir təcrübəsi olmayan hansısa birgünlük şirkətə bizim evlərimizi sökmək, yerində bina tikmək səlahiyyətini necə veriblər? Bu suallara cavab verən tapılmır, belə çıxır ki, “JEK”-lər və icra hakimiyyətləri bu birgünlük firmaların maklerlərinə çevriliblər?”, – sakinlərin müraciətində bildirilir.

Sakinlər deyirlər ki, əgər bina sökülməlidirsə, qoy onlara kompensasiya versinlər. Çünki insanlar evlərindən pərən-pərən düşüb haradasa illərlə kirayə yaşamaq, təzə binanın tikilib başa çatdırılmasını gözləmək istəmirlər. Hazırda bina sakinləri əsəbi vəziyyətdə, gərgin şəraitdə buldozerlərin gəlişini gözləməkdədir.

Virtualaz.org bu məsələ ilə bağlı 17 saylı Mənzil-İstismar Sahəsi ilə əlaqə saxlayıb, adını açıqlamaq istəməyən əməkdaş əvvəlcə binanın söküləcəyini təkzib edib: “Həmin bina düz bizim “JEK”-in qabağındadır, bu saat orada heç bir söküntü getmir”.

Əməkdaşa sakinlərə evlərindən çıxmaq üçün xəbərdarlıq edildiyini xatırladanda isə belə cavab verib: “Bildiriş veriblərsə, gedib danışsınlar, bəlkə, sərf edəcək? Bina sökülməlidirsə, deməli, söküləcək, sarayın arxasını (Heydər Əliyev Sarayı) neçə köçürdülərsə, buranı da elə köçürəcəklər…”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əflatun Amaşov Azərbaycanda yeni telekanal açılmasını təklif edib

Next Post

Bakıda ət ucuzlaşdı? – VİDEO

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

Bakıda ət ucuzlaşdı? – VİDEO

Prezident Gəncəyə 7 milyon manat ayırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.