"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı Təşəbbüs Qrupunun üzvləri Azərbaycanı təbrik edib

08 Noyabr 2023 - 20:02
in GÜNDƏM, MANŞET

Fransanın “La Balle” qəzetinin və radiosunun baş redaktoru Yannick Urrien, Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob BICEP və Martinik Azadlıq Partiyasının lideri, Martinik Parlamentinin üzvü Lük Fransis Karol Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik ediblər.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Elchi.az xəbər verir ki, onlar Azərbaycanın qələbəsini ədalətin təntənəsi kimi qiymətləndirib və bu münasibətlə Prezident İlham Əliyevə təşəkkür ediblər.

“La Balle” qəzetinin və radiosunun baş redaktoru Yannick Urrien noyabrın 8-nin Azərbaycan üçün əhəmiyyətli tarix olduğunu söyləyib:

“Bu gün Zəfər Gününüzü qeyd edirsiniz. Qələbədən danışmazdan öncə ədalətdən danışmaq istərdim. Niyə ədalət? Qələbə qazanmaq o deməkdir ki, kiməsə qarşı mübarizədə udmusan, kimdənsə nə isə almısan. Əslində isə ədalət odur ki, özünə aid olanı, öz evini yenidən geri alırsan. Bax, ədalət budur. Siz Qarabağı geri aldınız”.

Onun sözlərinə görə, bu, gözəl ədalətdir, gözəl qələbədir: “Bravo, Azərbaycan!”.

Martinik Azərbaycan Partiyasının lideri, Martinik Assambleyasının və Bakı Təşəbbüs Qrupunun üzvü Fransis Karol da Azərbaycanı təbrik edib: “Əziz Azərbaycan xalqı, sizi bu özəl gün münasibəti ilə ürəkdən təbrik edirik. Biz Azərbaycan xalqına sülh, əmin-amanlıq arzu edirik. Fürsətdən istifadə edərək ölkənizin Prezidentinə, eyni zamanda Qoşulmama Hərəkatının sədrinə fransız müstəmləkəsindən əziyyət çəkən xalqların hüquqlarını dəstəklədiyi üçün təşəkkürümüzü bildiririk. Azərbaycan xalqına sülh, firəvanlıq və uzun ömür arzulayırıq”.

Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin Baş katibi və Bakı Təşəbbüs Qrupunun üzvü Jean-Jacob də Azərbaycana xoş arzularını çatdırıb:

“Sizə Azərbaycandan 10 000 km uzaqlıqdan yerləşən Qvadelupa, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin adından səslənərək xalqınızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm. Siz bizimlə azadlığımız uğrunda apardığımız mübarizədə həmrəy olduğunu kimi, biz də sizinlə bu gün həmrəyik. Biz Azərbaycanı bu xüsusi gün münasibətilə təbrik edir və Azərbaycan hökumətinə təşəkkür edirik. Yaşasın Azərbaycan xalqı ilə qurduğumuz həmrəylik!”.

Xatırladaq ki, hər üç şəxs Bakı Təşəbbüs Qrupunun üzvü kimi kolonializmə qarşı mübarizədə Azərbaycanın təşəbbüslərini dəstəkləyirlər.

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdədir

Next Post

“Azərbaycan Bayrağının bütün Vətən səmalarında dalğalanması türk dünyası üçün böyük sevincdir”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Next Post
“Azərbaycan Bayrağının bütün Vətən səmalarında dalğalanması türk dünyası üçün böyük sevincdir”

"Azərbaycan Bayrağının bütün Vətən səmalarında dalğalanması türk dünyası üçün böyük sevincdir"

Tələbə gənclər Zəfər Günü və Bayraq Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Tələbə gənclər Zəfər Günü və Bayraq Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.