
Gürcüstanın paytaxtı Tiflisdə “Rusiya təbliğatı Ukrayna, Azərbaycan və Gürcüstanın təhlükəsizliyinə təhlükə kimi” mövzusunda növbəti mülki dinləmələri keçiriləcək. Musavat.com-un gürcü KİV-ə istinadən verdiyi xəbərə görə, tədbir iyunun 27-də olacaq.
Mövzu ilə bağlı Ukraynadan ekspert Artyom Filupenko (Odessa), Azərbaycandan Şahbaz Xuduoğlu, Gürcüstandan isə Dmitri Avaliani çıxış edəcək.
Tədbir Demokratiyaya Kömək Milli Fondunun dəstəyi ilə “İnsan Haqlarına dair Simvolik Qafqaz Məhkəməsi və mülki dinləmələr Qafqaz ölkələrinin demokratiyasına xidmətdə” proqramı çərçivəsində keçirilir. Təşkilatçı Mülki Dinləmələrin Qafqaz Mərkəzidir (Gürcüstan).
Musavat.com



