"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı və İrəvan arasında yeni müharibə perspektivi

04 Yanvar 2023 - 00:14
in SİYASƏT

Yanvarın 1-də nüfuzlu “Foreign Policy” jurnalı Beynəlxalq Krizis Mərkəzinin “2023-cü ildə izləniləcək 10 münaqişə” adlı təhlilini dərc edib. Analizdə Ukrayna müharibəsindən tutmuş İran, Yəmən, Efiopiya, Konqo, Pakistan, Tayvan və Ermənistan-Azərbaycan münasibətlərinə qədər – 10 ən kəskin münaqişədən bəhs edilir. Müəlliflərin fikrincə, 44 günlük müharibədən 2 il sonra tərəflər yeni müharibə istiqamətində hərəkət edirlər.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu sözləri barədə Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin təhlilində qeyd edilib.

Bildirilib ki, məqalədə İrəvanın 2 il müddətində güclü ordu yarada bilmədiyi, Rusiyanın isə Ukrayna müharibəsinə başı qarışdığı vaxtda Azərbaycan Aİ ilə yeni strateji əhəmiyyətli qaz memorandumu imzaladığı, öz hərbi potensialını artırdığı və Türkiyə ilə hərbi əməkdaşlığı yeni mərhələyə qaldırdığı bildirilir:

“Analitiklər bundan belə nəticəyə gəlirlər ki, yeni müharibə 44 günlük müharibədən fərqli olaraq daha qısamüddətli olub, Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşacaqdır.

Mövqe tutarlı arqumentlərlə əsaslandırılsa da, jurnal oxucunu potensial müharibənin fundamental səbəbləri ilə tanış etmir. Necə deyərlər: suallara cavab bizi ağıllı, sualın mahiyyətinin dərk edilməsi isə bizi müdrik edir. Potensial müharibənin səbəbi − Ermənistan və vasitəçilərin destruktiv siyasətidir.

Ermənistanın destruktiv siyasəti

Üçtərəfli razılaşmaya görə, Ermənistan Qarabağdan bütün qoşun birləşmələrini çıxartmalı, Zəngəzur dəhlizini açmalı və qanunsuz rejimin maliyyələşməsini dayandırmalı idi. Lakin Ermənistan münasibətlərin normallaşması istiqamətində zəruri siyasi iradə göstərməmiş, ziddiyyətli və qeyri-ardıcıl mövqe nümayiş etdirmiş, əldə edilmiş razılaşma və üzərinə götürmüş öhdəliklərin icrasından davamlı olaraq boyun qaçırmış, sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzatmış və normallaşma səylərinə zərbə vurmaq məqsədilə siyasi və hərbi təxribatlara əl atmışdır.

Paşinyan Praqa və Soçidə, daha sonra isə müsahibələrində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Qarabağın beynəlxalq tanınmasını prioritet məqsəd adlandıran Milli Təhlükəsizlik Strategiyasını qüvvədə saxlamış və Qarabağın Azərbaycandan “islahedici ayrılma” (remedial secession) siyasətini 2021-25-ci il hökumət proqramına daxil etmişdir. Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə $410 mln.-dan artıq vəsaitin ayrılması İrəvanın destruktiv siyasətinin əyani sübutlarıdır.

Vasitəçilərin destruktiv siyasəti

44 günlük müharibə Moskvanın Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirdi və Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığını artırdı. Lakin bu taktiki üstünlüyün uzunmüddətli strateji qələbəyə çevrilməsi üçün Moskva zəruri addımlar atmadı: öhdəliklərin icrası məqsədilə Ermənistana təzyiqlər göstərilmədi. 2021-ci ildə Moskva bunu etmək istəmədi, 2022-ci ildə isə artıq bacarmadı.

Brüsselin vasitəçiliyinə böyük ümidlər var idi. Lakin Fransa prezidentinin birtərəfli və qərəzli bəyanatları, Senat və Milli Assambleyanın isə əsassız və iftiradolu qətnamələri bu formatın taleyini qeyri-müəyyən etdi. Danışıqların Brüssel formatında bərpa edilməsi üçün Makron şəxsən və ya Ş.Mişel vasitəsilə bu formatdan kənarlaşdığını bəyan etməlidir. Amma görünən odur ki, Frasanın CQ siyasəti bir yerli icmanın maraqlarına qədər daralıb.

ABŞ sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, əməldə bunu göstərmir. Son iki ildə ABŞ-ın Azərbaycandakı səfiri bir dəfə də olsun Şuşaya səfər etmədi. Əvəzində ABŞ-ın Ermənistandakı səfiri L.Treysi bu müddət ərzində baş verən bütün toqquşmalarda Azərbaycanı günahlandırdı, yeni səfir K.Kvin isə öz təyinatı ilə bağlı Senat dinləmələrində Azərbaycanın məsuliyyətə cəlb edilməsi məqsədilə əlindən gələni edəcəyini Konqresdəki “erməni kokusu”nun üzvü R.Menendezə söz verdi.

Görünən odur ki, Ermənistan və vasitəçilər yaxın aylarda destruktiv siyasətdən əl çəkməyəcəklər. Bu isə regional sabitliyə və Azərbaycanın milli təhlükəsizliyinə real təhdidlər formalaşdırıb, Bakını məsələni güc yolu ilə həll etməyə məcbur edə bilər”.(axar.az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyalı tanınmış politoloq vəfat edib

Next Post

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Goranboyda yol qəzası olub, xəsarət alan var

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Neftin qiyməti azalıb

Dünya bazarlarında neft ucuzlaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.