"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı və Moskvanın gizli hərb razılığı – Mühüm dəyişiklik

22 İyun 2016 - 09:37
in XƏBƏR LENTİ

Sankt-Peterburqda mərhələli hərbi həll planı üzərində gizli planların razılaşdırıldığına daha çox inanıram. Bəli, söhbət heç dəmərhələli sülhdən getmir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu sözlər millət vəkili Zahid Orucun Axar.az-a verdiyi açıqlamada yer alır. Deputat Sankt-Peterburq görüşü ilə bağlı çox mühüm məxfi detalları açıqlayıb:

 

“Qarabağ danışıqları heç zaman region və kənar dövlətlər tərəfindən indiki qədər böyük diqqət və marağa səbəb olmamışdı. Hər halda on illər ərzində işğala əsaslanan status-kvonu qoruyub saxlamaq məqsədilə çarın adını daşıyan şəhərə yollanan Sərkisyanın bir məqsədi, digər ölkələrinsə ayrı hesabı vardı. Elə isə Putin mühüm beynəlxalq forumun davamı olaraq iki ölkə başçısını Sankt-Peterburqa nə üçün dəvət etmişdi? Onsuz da Lavrov vasitəsilə Rusiya bütün danışıqlara nəzarət edir və hər gün Kerrinin telefon zənglərinə cavab verən rus xarici siyasət idarəsinin rəhbəri Amerikanın Qarabağa artan marağının nədən qaynaqlandığını yaxşı bilir. Cavabı son ayların hadisələrində axtarmaq lazımdır. Hər halda “sabiq çekist olmur” deyənlərin yenə də haqlı çıxdığını görə bilərik. Yəni Vyana danışıqlarına razılıq verən Moskva Dördgünlük müharibədən sonra Qərbin hərəkətə keçdiyinin və təşəbbüsü ələ almağa çalışdığının fərqindəydi. Erməni versiyasından çıxış edib son vəziyyəti daha yaxşı izah etmək olar. Belə ki, Moskva və Bakı öz aralarında məlum hərbi-siyasi yaxınlaşmanı dərinləşdirməklə “mərhələli hərbi həll” yolunu seçiblər və razılaşdırılmış müharibə Qərbi regiondan kənarda qoymağa hesablanıb. Ona görə də Vaşinqtondan baxıb görəndə ki, Putin müharibəni istədiyi ssenari üzrə inkişaf etdirə bilər və belə olanda Avropaya açılan bütün keçmiş-indiki transmilli layihələr zərbə altına düşər, onda Obamanın məsləhətçiləri çalışdılar ki, erməni-azərbaycanlıları rus layihəsindən çıxarsınlar. Bütün hallarda, Putin 5 apreldə müharibənin yeni dalğasını dayandırıb siyasi təşəbbüsü əbədi rəqiblərinə verə bilməzdi. Sankt-Peterburq Qarabağa Vyanadan bir köynək daha yaxındır”.

 

Deputat Dördgünlük müharibədən sonra Qafqaz uğrunda gedən mürəkkəb diplomatik-siyasi davanın gücləndiyini bildirib:

 

“Hazırda Moskva və Bakı arasında tarixdə heç zaman olmayacaq qədər yaxşı münasibətlər hökm sürdüyündən və əksinə, ermənilər son yüz ildə ruslarla ən pis duruma gəlib çatdığından Prezident İlham Əliyev danışıqların məhz belə bir müstəvidə Azərbaycana xeyir verəcəyini proqnozlaşdırır. Əslində, hərbi-status kvo dəyişib və onu siyasi cəhətdən tamamlamaq lazımdır. Ona görə Prezdient İlham Əliyev aprel savaşının nəticələrindən və danışıqların aparıldığı gün 25 minlik silahlı kontingentin təlimlərindən keçərək Peterburqa yola düşmüşdü. Sərkisyan isə ağır Peterburq danışıqlarına 5 generalın – Qarabağın ələ keçirilməsində iştirak edən və özlərini hakimiyyətdə olmağa haqlı sayanların başını vurmaqla, siyasi və hərbi qüvvələr arasında dərin münaqişə ilə getmişdi. Xatırlayın ki, o, başqa bir müxalif döyüşçü qəhrəman Jirayr Səfilyan və onun tərəfdarlarını həbs etməyə də məcbur olmuşdu”.

 

Sankt-Peterburq görüşünün məxfi xarakterinə rəğmən onu uğurlu bir prosesin mühüm həlqəsi sayan Zahid Oruc deyib ki, Rusiya Qarabağ münqişəsindən indi külli miqdarda ziyan çəkdiyini yaxşı başa düşür:

 

“Bütün Qərb kompaniyalarını regiona məhz münaqişəli vəziyyət gətirdi. Üstəlik, Qarabağ hərbi cəhətdən Qərbin Rusiya sərhədlərinə yaxınlaşmasının ən yaxşı yoludur. Şimali Qafqazı destabilə etmək üçün mühüm platsdarm məhz Azərbaycan ərazisində Qarabağ kimi hərbi gərginlik mənbəyini saxlamaqdır. Biz hələ şimal-cənub strateji nəqliyyat arteriyaları üzərində Cəbrayılda, Füzulidə bir neçə yüz erməninin ucbatından Rusiyanın itirdiyi milyardları da ziyanların siyahısına əlavə etsək, sanksiyaların vurduğu zərbədən daha böyük itkilərin alındığına əmin olarıq. Ona görə Putin planını əngəlləmək və onun Qafqazdakı sülhpərvər missiyasına ziyan vurmaq, regionu himayə edə biləcək yeganə gücün NATO olacağını qələmə vermək naminə Sankt-Peterburqdakı danışıqların məxfi detalları Qərb üçün çox önəmlidir. Onlar tərəfləri öz orbitlərinə çəkmək üçün hər cür şirnkiləndirici təkliflər gətirməyə hazırdılar. Hər halda 90-cı illərdə bu xaqlardan bir çoxunu ruslarla vuruşdurub bunun böyük faydasını götürüblər. Lakin prezidentlik müddəti sona çatmaqda olan Obamanın iki dövlət başıçısı ilə birgə görüşə 8 ildə zaman tapmaması fonunda Putin yeganə xilaskara çevrilir. Çox yaxın günlərdə yenidən Avropa paytaxtlarına yığışıb Qarabağı müzakirə edəcək diplomatların hamısı bilir ki, Moskva ilə razılaşmadan hərəkət edə, hər hansı sülh sazişini icra etmək üçün qoşun birləşmələri yarada bilməzlər. Bizim düşüncələrimizdə son 20 ilin gətirdiyi dəyişiklik bundan ibarətdir”.

 

Millət vəkili məhz Sankt-Peterburqda mərhələli hərbi həll planı üzərində gizli planların razılaşdırıldığına daha çox inandığını vurğulayıb:

 

“Bəli, söhbət mərhələli sülhdən getmir. Azərbaycan Rusiyanın fəallığı və bölgənin təhlükəsizliyi üçün dəyişikliklər etmək planlarına qarşı deyil. Ona görə Prezidentin Piterdən inamlı qayıtdğını görməmək mümkün deyil. Unutmayın ki, Qarabağ konflikti Rusiyanın təhlükəsizlik və iqtisadi maraqlarına güclü zərbə vurur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rayonlarda yağış, dolu gözlənir

Next Post

Neft həm qalxıb, hem de düşüb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neft həm qalxıb, hem de düşüb

Türkiyə yığması üçün 1/8 finala vəsiqə şərtləri

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.