"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı-Xırdalan-Sumqayıt sürətli qatarının ilkin hərəkət cədvəli və istifadə qaydaları açıqlanıb

12 Sentyabr 2015 - 17:12
in XƏBƏR LENTİ

Bakı-Xırdalan-Sumqayıt sürətli qatarının ilkin hərəkət cədvəli və istifadə qaydaları açıqlanıb

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakı-Xırdalan-Sumqayıt sürətli qatarının ilkin hərəkət cədvəli və istifadə qaydaları açıqlanıb.
“APA-Economics”in məlumatına görə, Bakı-Xırdalan-Sumqayıt istiqamətinə təşkil olunan press-tur çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Kommunikasiya Texnologiyaları Şöbəsinin rəisi Samir Qənili deyib ki, üç gün ərzində sərnişinlər qatardan pulsuz istifadə edəcəklər.
Tarif Şurasının qərarından sonra Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı üçün gediş haqları məlum olacaq. Bundan sonra, Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı üçün sərnişinlər bilet almalı olacaq. S.Qənili qeyd edib ki, sərnişinlər iki yolla-həm kassa, həm də terminal vasitəsilə bilet əldə edə biləcəklər: “Stansiyada 4 ədəd bilet satış terminalı quraşdırılıb. Sərnişinlər avtomatik işləyən bu terminallar vasitəsi ilə birbaşa, kassir olmadan pul daxil edib, istədiyi istiqaməti, tarifi seçib bilet almaq imkanına sahib olacaqlar. Bu zaman qalıq pullar da geri qaytarılacaq. Terminaldan istifadə etmək istəməyən sərnişinlər stansiyada olan 2 ədəd kassadan da bilet ala biləcəklər”.
S.Qənili əlavə edib ki, yaxın gələcəkdə kredit kartı ilə də Bakı-Xırdalan-Sumqayıt qatarına bilet almaq imkanı yaradılacaq. Bundan başqa, yaxın bir neçə ay ərzində “Bakı kart”dan da istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, 4 ədəd müşahidə kamerasının quraşdırıldığı qatarlarda WI-FI vasitəsi ilə internetdən istifadə şəraiti yaradılıb. Bundan başqa, əlil insanların qatarlardan rahat istifadə edə bilməsi də nəzərə alınıb.
Hərəkət qrafikinə gəlincə, gediş haqqının pulsuz olacağı üç gün ərzində Bakı-Xırdalan-Sumqayıt qatarı gün ərzində iki dəfə Sumqayıta yola düşəcək. Belə ki, ilkin qrafikə əsasən qatarlar Bakıdan səhər saat 08:00 və axşam 20:00-da Sumqayıta yola düşəcək. Əks istiqamətdə, yəni Sumqayıtdan Bakıya doğru qatarlar səhər 09:30 və 21:30-da hərəkət edəcək.
Qeyd edək ki, sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək.  Sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək. Bu marşrutla hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir. Bu 3 qatar “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var ki, bunun da 84-ü biznes-sinfinə aiddir. İlin sonunda ikimərtəbəli qatarlardan ikisi də gətiriləcək və beləliklə bu xətdə 5 ikimərtəbəli qatar hərəkət edəcək.
İlkin qrafikə əsasən, sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 06:00-12:00 aralığında qatarlar həm Bakıdan, həm də  Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında isə elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək. Bu intervalların tətbiqi gün ərzində sərnişin sıxlığı ilə əlaqədar müəyyənləşdirilib. Növbəti mərhələdə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində elektrik qatarları dairəvi dəmir yolu xətti ilə hərəkət edəcək. Çünki tədricən Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək və beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyəni havaya uçurmaq istədilər – 60 tonluq bomba ələ keçirildi

Next Post

Şahmatçılarımız ilk masalarda – FOTO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Şahmatçılarımız ilk masalarda - FOTO

İŞİD kimyəvi silah istehsal edə bilərmi? - ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.