Bakıda 17 uşağı gün vurub

>

İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 93 müraciət olub.

Bunu da oxuyun

Stansiyanın baş həkiminin operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə APA-ya bildirib ki, günvurma ilə bağlı müraciət edənlərdən 41-i xəstəxanaya yerləşdirilib. Baş həkimin müavini qeyd edib ki, onlara ambulator yardım edildikdən sonra evə buraxılıb: “Günvurma ilə bağlı müraciətlərin 17-si uşaqlarla bağlı olub. Lakin günvurma nəticəsində ciddi bir hal və ya ölüm qeydə alınmayıb”.

M.Mirzəzadə vurğulayıb ki, ötən illə müqayisədə bu il belə hadisələrin sayında hər hansı bir artım qeydə alınmayıb. Onun sözlərinə görə, ötən ilin statistik göstəricilərinə nəzər saldıqda günvurma ilə bağlı müraciət edənlərin sayı eynidir və ciddi fərq yoxdur.

 

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728