Nazirlər Kabinetinin qərarına əsasən 1-ci mikrorayonda 34 bina söküləcək və orada 1-2 bloklu 20-dən çox yaşayış binası tikiləcək. Bunu FHN-nin Tikinti Təhlükəsizliyi rəisi Elxan Həsənov deyib.
_1489575259.jpg)
Elxan Həsənov, qeyd edib ki, 1-ci mikrorayonda söküləcək evlərin ərazisi 29 hektardır, həmin mənzillərdən köçürülən ailələrin sayı isə 1729-dur. O, bildirib ki, söküntü və tikinti işlərinə bu il başlanılacaq və prosesin 3 ilə bitməsi nəzərdə tutulur.
“Orada 58-59 min ərazi parkovka üçün nəzərdə rutulub. Həmin yerdə 2 min maşının saxlanması mümkün olacaq. Bəzi binaların altında 1, bəzilərində isə 2 mərtəbli parkovka üçün yerlərin olacağı planlaşdırılır. Bu yerlər sırf bina sakinlər üçün nəzərdə tutulub”.
_2979150518.jpg)
E.Həsənov qeyd edib ki, həmin ərazidə yeni tikilən 6 ədəd 10-17 mərtəbəli bina sökülməyəcək: “Ərazidə sosial binalara baxış keçiriləcək. Binalar standartlara cavab verirsə qalacaq, yenidən təmir ediləcək. Standartlara cavab verməsə, sökülüb yenidən tikiləcək. 1980-ci ildə tikilən bina var ki, onun sökülüb- sökülməməsi bilinmir”.
_4468725777.jpg)
_5958301036.jpg)
_7447876300.jpg)
_1489575335.jpg)




