Hadisə fevralın 15-də gecə saat 4 radələrində baş verib
Bakıda gecə saatlarında iki kişi bir qadını zorlayıb.
ANS PRESS-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Verilən məlumata görə, hadisə fevralın 15-də gecə saat 4 radələrində baş verib.
İki naməlum şəxs Vaz 2107 markalı maşında qadını zorlayıblar. Hadisə Yeni Yasamalda yeni yaşayış massivi 1-in qarşısında olub. Sürücü və sərnişin Abşeron rayon sakini 1979-cu il təvəllüdlü Q.M-nı zorlayıblar.
Hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
ANS PRESS



