"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda 3 vəzifəli şəxs həbs olundu

03 İyul 2015 - 16:53
in XƏBƏR LENTİ

Bakıda 3 vəzifəli şəxs həbs olundu

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Vergilər Nazirliyi “Bakılift-təmir”də total yoxlamaları yekunlaşdırıb, həbslərə başladı

Vergilər Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyində yoxlamaları yekunlaşıb. Uzun müddətdir davam edən yoxlamalar nəticəsində, əvvəllər də məlumat verdiyimiz kimi, ciddi vergi pozuntularının və yeyintilərin olması üzə çıxıb.
Vergilər nazirliyindəki mənbəmiz bildirir ki, bu nəticələr əsasında həbslər həyata keçirilib. 3 böyük idarənin – “Bakılift-təmir”ə tabe olan “Baklift-1″, ”Bakılift-2″, “Bakılift-3” ixtisaslaşdırılmış istehsalat idarələrinin rəisləri qandallanaraq, həbs edilib.
“Bakılift-təmir”də böyük yeyintilərin olması 1-ci Avropa Oyunlarından əvvəl də müəyyən olunmuşdu. Manatın qəfil ucuzlaşması hökumətin büdcədə əmələ gələn kəsirləri kompensasiya etmək üçün müəyyən  addımlar atmağa məcbur etmişdi. Bu istiqamətdə atılan addımlardan biri də məmurların mal-mülklərinin siyahılarının hazırlanması, gəlirlərinin müəyyən olunması ilə bağlı olub. Belə bir yoxlama zamanı “Bakılift-təmir”in baş direktoru Qüdrət Şükürovun sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak olduğu üzə çıxmışdı. Bu ilin fevralında “Yeni Müsavat” bu haqda “Vəzifəli məmurumuz sürücüsünə 5 milyona mənzil aldı – sensasiya” sərlövhəli yazı yazı etmişdi. Həmin yazıda qeyd olunurdu ki, Q.Şükürovun sürücüsünün “adına” Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində dəyəri 5 milyon manat olan mənzil var! İzahat üçün deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.
Yeri gəlmişkən onu da qeyd edək ki, Vergilər Nazirliyinin hər il açıqladığı büdcəyə borclu təşkilatların siyahısında  “Bakılift-təmir”in də adı var. Aldığımız məlumata görə “Bakılift-təmir”in rəsmən 8 milyon manat vergi borcu var idi.
Q.Şükürov bu vəzifəyə 2012-ci ilin yanvarında Bakı meri Hacıbala Abutalıbovun əmri ilə təyin edilib. Ona qədər ilk baxışdan əhəmiyyətsiz görünən bu postu Vaqif Xəlilov tutub. H.Abutalıbovun kadr seçiminin “özəlliyi” haqda məlumatı olanlar bilir ki, Bakı meri ən əhəmiyyətsiz posta belə təyinat zamanı əmrləri imzalamaqdan yayınır. Namizədin kimliyini müxtəlif yollarla araşdırır. Bu baxımdan Q.Şükürovun da təsadüfən baş direktor vəzifəsinə təyinat almasını söyləmək olmaz. Onu da demək olmaz ki, Q.Şükürov hansısa addımı Bakı merinin xəbəri olmadan atıb. Ola bilər ki, o, özünə əmlak alanda H.Abutalıbovla məsləhətləşməyib, amma indi Bakı meri də əməllicə cəncələ düşüb.
Q.Şükürovun bu təyinata qədər hansı vəzifəni tutduğu haqda məlumat yoxdur. Bilinən odur ki, 2010-cu ilin aprelində ona məxsus olan “Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb. Sonradan polis oğruları tutub. Onun deputatlardan biri ilə qohumluq əlaqələrinin olduğu da bildirilir.
Mövzuya qayıdacağıq.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Uyğur türklərinin soyqırımı ilə bağlı fotolardakı şübhəli məqamlar…

Next Post

Ərdoğan Ankaradakı imaqətgahında məscid açdı – VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğan Ankaradakı imaqətgahında məscid açdı - VİDEO

4,5 milyard manat ziyan, şişən borclar, bərbad idarəçilik... - Azərsudan maliyyə hesabatı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.