Elchi.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xəzər rayonu ərazisində, Binə Südçülük Sovxozunda qeydə alınıb. Orada yaşayan 1980-cı il təvəllüdlü Eldəniz Əliş oğlu İbrahimov özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.




