Bakıda 5 it uşağa hücum etdi – Dişlədi

>

Xətai rayonunda Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.

Bunu da oxuyun

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış. Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı olan azyaşlı xəstəxanaya aparılıb.

4 saylı uşaq poliklinikasından “Qafqazinfo”ya bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə çox qorxduğu üçün şok vəziyyətindədir. S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib.

İt dişləyən M.Safiyeva 63 saylı orta məktəbin şagirdidir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728