"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda 800 min manatlıq dələduzluqda təqsirləndirilən dəstənin cinayət işinin bəzi detalları məlum olub – İTTİHAM AKTI

22 Fevral 2024 - 13:33
in CƏMİYYƏT

Bakıda vətəndaşların etibarından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işinin bəzi detalları məlum olub.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az-ın əldə etdiyi məlumata görə, aparılmış istintaqla müəyyən olunub ki, Zaur Zahidov tanışları Namiq Bayramov və Orxan Həsənovla qabaqcadan əlbir olaraq zərərçəkmiş Novruz Əlimirzəyevi vəzifəyə təyin etdirəcəkləri ilə bağlı yalan vəd verərək dələduzluq ediblər.

Belə ki, təqsirləndirilən şəxslər N.Bayramov və O.Həsənov zərərçəkmişi Səhiyyə Nazirliyində və hüquq-mühafizə orqanlarında yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin şəxslər vasitəsilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin etdirəcəklərinə yalandan bildirib. Onlar N.Əlimirzəyevin 170 000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildiriblər. Bu məqsədlə tərəflər 2021-ci il avqustun əvvəllərində paytaxtda yerləşən kafelərin birində görüşərək zərərçəkmişdən ilk olaraq 100 000 manat məbləğində pul vəsaitini nağd şəkildə alıblar.

N.Bayramov, O.Həsənov, Heydər İlyasov və Rufan Qasımov qabaqcadan əlbir olaraq N.Əlimirzəyevdən əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə müxtəlif görüşlər keçiriblər. H.İlyasov özünü səhiyyə nazirinin köməkçisi kimi təqdim edərək zərərçəkmiş şəxsdən əlavə olaraq 80 000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsini bildirib və ondan 50 000 manat pulu nağd olaraq alıb.

O, cinayətkar niyyətinin icrasının davamı olaraq, özünə olan inamı möhkəmləndirmək məqsədilə, guya zərərçəkmişin xəstəxanaya baş həkim təyin edilməsi görüntüsü yaradan saxta əmrin həqiqi olması görüntüsü yaradıb. Növbəti görüş zamanı özbaşına özünü vəzifəli şəxs, yəni TƏBİB-in əməkdaşı kimi təqdim edən R.Qasımov onun baş həkim vəzifəsinə təyin olunması barədə əmrin verilməsi məsələsini özü həll etdiyini yalandan bildirərək N.Əlimirzəyevdən 30 000 manat alıb.

Beləliklə, N.Bayramov, O.Həsənov, H.İlyasov və Rufan Qasımov ilə qabaqcadan əlbir olaraq zərərçəkmişə qarşı ümumilikdə 250 000 manatını ələ keçirərək külli miqdarda dələduzluq ediblər.

Bundan başqa, təqsirləndirilən şəxslər yenə qabaqcadan əlbir olaraq Rəşat Əhmədova qarşı dələduzluq ediblər.

Belə ki, onlar zərərçəkmiş şəxsin özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, guya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin şəxslər vasitəsilə qeyd edilən dəmir borunun demontaj olunmasının “Panarama FL” MMC-yə həvalə edilməsi imkanına malik olduqlarını deyiblər.

Təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində keçirdikləri görüşləri zamanı R.Əhmədovun xeyrinə edəcayi hərəkətə, yəni ASC-nin balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu, Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının “Panarama FL” MMC-yə havalə edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 500 000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildiriblər.

R.Əhmədovdan ilkin olaraq 100 000, 14 960, daha sonra 118 320 manat pul vəsaitlərinin ələ keçirməklə ümumilikdə 233 min 280 manat məbləğində pul vəsaitini ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər. Onlar R.Əhmədovun dəmir borunun demontaj olunmasina icazə verilməsi üçün tələb edilən 500 000 manat puldan qalan 266 min 720 manat pul vəsaitini verməkdən imtina etdiyindən, qalan pul vəsaitini ondan ala bilməyib.

Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.

İş üzrə zərərçəkmiş şəxs qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Novruz Əlimirzəyev və Rəşat Əhmədov tanınıb.

N.Bayramov, O.Həsənov, Z.Zahidov, R.Qasımov və C.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Z.Zahidov əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətə, R.Qasımov Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətə, C.Əliyev isə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 ay müddətə həbs ediliblər. O.Həsənov isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin Ümumi şöbəsinin rəisi olub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərəb Parlamentinin sədri: Son hadisələr nəticəsində bir çox ölkələr iqtisadi böhranla üzləşib

Next Post

Azərbaycan “enerji keçidi”ndə ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq edəcək

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycan “enerji keçidi”ndə ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq edəcək

Azərbaycan “enerji keçidi”ndə ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq edəcək

Yəməndə hücuma məruz qalan gəmidə yanğın baş verib

Yəməndə hücuma məruz qalan gəmidə yanğın baş verib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.