"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda “AST Telman”ın qohumunun “Ferrari” dələduzluğu – MƏHKƏMƏ

13 Mart 2020 - 11:59
in XƏBƏR LENTİ

Bakı Apelyasiya Məhkəməsində oğurluqda və dələduzluqda təqsirli bilinən Vüqar Babayevin barəsindəki hökmdən apelyasiya şikayətinə baxılıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Vüqar Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq), 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 178-ci (külli miqdarda ziyan vurmaqla dələdulzuq) maddələrilə təqsirli bilinib.

V.Babayev məhkəmədə ifadə verərkən “AST Telman” kimi tanınan və Rusiyada yaşayan iş adamı Telman İsmayılovun qohumu olduğunu deyib. O bildirib ki, anası T.İsmayılovun qardaşı Çingiz İsmayılovun qızıdır.

V.Babayev qonşusu Elmar Heybətova qarşı dələduzluqda ittiham edilib.

İttihama görə, V.Babayev onun “Ferrari”sini alsa da, pulunu ödəməyib.

V.Babayev ifadəsində deyib ki, lüks maşın həvəskarı olub və ən bahalı maşınları almağa, sürməyə böyük həvəsi olub.

O, “Maseratti”, “Ferrari”, “Mercedes”, BMW və bir çox məşhur avtomobil firmalarının lüks modellərinə sahib olduğunu deyib. Maşınların qiyməti isə 200-500 min dollar arasında dəyişib.V.Babayev binanın mühafizəçisindən eşidib ki, qonşusu “Ferrari”sini 230 min dollara satmaq istəyir. O, avtomobili almaq istədiyini bildirib. Deyib ki, pulun bir hissəsini bankdan götürəcək. Qonşu ona bu maşına görə etibarnamə verib. V.Babayev hissə-hissə 70 min dollar ödəsə də, qalan məbləğ verilmədiyinə görə E.Heybətov ondan polisə şikayət edib.

V.Babayev məhkəmədə deyib ki, özünü qismən təqsirli bilir. Onun sözlərinə görə, qonşusunu aldatmaq fikri olmayıb, amma ondan asılı olmayan səbəblərdən pulu ödəyə bilməyib.

Bundan başqa, Vüqar Babayev kirayədə yaşadığı mənzilin əşyalarını oğurlamaqda da ittiham edilib. V.Babayev bu ittihamı ümumiyyətlə qəbul edib.

O, maşınlarını, evini satdıqdan sonra kirayə qaldığı mənzildən mikrodalğalı soba, televizor və qabyuyan maşını oğurlamadığını, onları xarab olduğuna görə tulladığını bildirib.

Həm Elmar Heybətov, həm də evin sahibi Fərəh Qurbanova bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmişlərdən E.Heybətov alternativ enerji təminatçısı “Alten Group”un icraçı direktorudur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

Next Post

Zaqatalada “Naco” ləqəbli şəxs zavoddan 150 min manatlıq oğurluq etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Zaqatalada “Naco” ləqəbli şəxs zavoddan 150 min manatlıq oğurluq etdi

Zaqatalada “Naco” ləqəbli şəxs zavoddan 150 min manatlıq oğurluq etdi

Azərbaycan koronavirusa görə həkimlər üçün qoruyucu vasitələr alacaq

Azərbaycan koronavirusa görə həkimlər üçün qoruyucu vasitələr alacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.