Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Heydər Əliyev prospekti ilə Keşlə qəsəbəsi istiqamətində hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Təxminən 40-45 yaşlı piyada hadisə yerində dünyasını dəyişib. Sərxoş olduğu bildirilən piyadanın üzərindən heç bir sənəd tapılmayıb. Adı açıqlanmayan sürücü isə Nərimanov Rayon Polis İdarəsinə aparılıb.






