"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda beynəlxalq konfrans keçirilir – Foto

18 Fevral 2023 - 12:47
in SİYASƏT

Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfrans keçirilir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları eləcə də Rusiya, Türkiyə, MDB ölkələri və Avropanın nüfuzlu hüquqşünasları iştirak edir.

Açılış mərasimində çıxış edən Assosiasiyanın prezidenti, Azərbaycanın əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov konfrans iştirakçılarını salamlayıb.

O bildirib ki, assosiasiya 2005-ci ildə Bolqarıstanda qeydiyyata alnıb. Onun sözlərinə görə, hər il bu cür tədbirlər keçirilir, lakin son iki ildə keçirmək mümkün olmayıb: “Bir-iki ay öncə Moskvada yoldaşlarla birgə qərara gəldik ki, bu tədbiri Bakı şəhərində keçirək. Təşəbbüsü də açığı, elə özüm verdim. Bu tədbirin Bakıda keçirilməsində əsas məqsəd odur ki, xaricdən gələn 9 ölkədən 30-dan çox nümayəndəyə izah edək ki, müstəqil Azərbaycanda belə tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var”.

İlham Rəhimov konfrans iştirkçıları adından bugünlərdə Türkiyədə zəlzələdə həyatını itirənlərlə və xəsarət alanlarla bağlı başsağlılğı verib.

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru Taliya Xabriyeva bildirib ki, cinayətkarlığa qarşı mübarizə bütün ölkələr üçün aktual hesab olunur. Bunun üçün tarixən və bu günümüzdə də tövsiyələr işlənib hazırlanıb.

O, ötən il çox vacib hadisənin baş verdiyini bildirib. Qeyd edib ki, assisiasiyanın prezidenti İlham Rəhimov Rusiya Elmlər Akademiyasının tərkibinə seçilib: “Keçən ilin sonuna yaxın İlham Rəhimov Rusiya Elmlər Akademiyasının üzvü seçilib, o, həmçinin Rusiya Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunub”.

Hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya EA-nın Dövlət və Hüquq İnstitutunun direktoru Aleksandr Savenkov Rusiyanın ədliyyə naziri Konstantin Çuçenkonun konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

Aleksandr Savenkov ölkələrin və dövlətlərin bir-birini daha yaxından başa düşməsi üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bununla konfrans iştirakçıları ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirir: “Konfrans çox çətin dövrdə keçirilir. Münhendə də bu günlərdə təhlükəsizlik konfransı baş tutur. Bu cür müzakirələrin regonda sülhə və sabitliyə xidmət edəcəyinə inanırıq”.

Açılış çıxışları başa çatdıqdaın sonra konfransda tematik məruzələrin dinlənilməsinə başlanıb. Rusiya Federasiyasının elm xadimi, Hüquq üzrə Ali Məktəblərin Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor Sergey Baburin (Rusiya), “Slavyane” Fondunun sədri, hüquq elmləri doktoru, professor Zaxariya Zaxariyev (Bolqarıstan) və Rusiya Federasiyasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, RF İstintaq Komitəsi Akademiyasının professoru Yuri Vladimiroviç Qolik məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanımış hüquqşünasları, QHT və KİV nümayəndələri, eləcə də Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Serbiya, Albaniya və s. ölkələrdən nüfuzlu hüquqşünaslar iştirak edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Polşa generalı: Ukraynaya “şkaflardan zibil” göndərməyi dayandırın

Next Post

Əliyev Münhendə Profumo ilə görüşdü

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Əliyev Münhendə Profumo ilə görüşdü

Əliyev Münhendə Profumo ilə görüşdü

Rusiyalı könüllü Türkiyədə dağıntılar üzərində işlərin necə getdiyindən danışıb

Rusiyalı könüllü Türkiyədə dağıntılar üzərində işlərin necə getdiyindən danışıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.