"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda bir gecədə 100 nəfər cərimələndi, həbs olunanlar var

06 Dekabr 2014 - 10:51
in XƏBƏR LENTİ

img1696304İçib maşın sürənlər, “avtoş”lar, yol polisinə fiziki güc göstərənlər, qaçmağa çalışanlar və daha nələr

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Dekabrın 5-dən 6-na keçən gecə Bakıda yol hərəkəti təhlükəsizliyini gücləndirmək məqsədilə, habelə sərxoş və avtoxuliqanlıq edən sürücülərə qarşı genişmiqyaslı reyd keçirilib. Reyddə 100-ə yaxın sürücü cərimələnib. Həbs olunanlar da var… Belə ki, paytaxtın bütün ərazilərini əhatə edən reyddə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxsləri, bölmə və şöbə rəisləri, 8 və 11-ci tağımın, eləcə də eskort-müşayiət tağımının şəxsi heyəti iştirak edib. Təxminən 50-yə yaxın yol polisi əməkdaşının qatıldığı reyd zamanı avtoxuliqanlıq edən, sərxoş vəziyyətdə avtomobil idarə edən, eləcə də yol polisinə qarşı kobudluq göstərərək tabe olmayan onlarla sürücü saxlanılıb.
Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, reyd zamanı tabesizlik nümayiş etdirərək yol polisinə qarşı müqavimət göstərən 17 sürücü barəsində müvafiq tədbir görülməklə cərimələnib. Bundan əlavə, avtoxuliqanlıq edən 16 sürücü DYP əməkdaşları tərəfindən saxlanılıb. Onların barəsində protokol tərtib olunduqdan sonra rayon məhkəmələrinə aparılıb və hər biri barəsində müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarılıb.
Reyd zamanı sərxoş vəziyyətdə “avtoş”luq edən sürücülərə də rast gəlinib. Onların sayı 4 nəfər olub və saxlanılaraq məhkəmələrə aparılıblar. Ümumilikdə isə reyddə avtomobili sərxoş vəziyyətdə idarə edən 36 sürücü aşkar olunaraq barələrində tədbir görülüb. Həmin sürücülər cərimələnməklə yanaşı, avtomobilləri cərimə meydançasına aparılıb.
Yol polisindən qaçmağa çalışan 6 sürücünü saxlamaq üçün süni sıxlıq yaradılıb və onlar saxlanılıb. Yalnız bir sürücü Babək prospektində qaçıb aradan çıxmağı bacarıb. Yol polisinin qanuni tələbini yerinə yetirməyərək avtomobilin açarlarını və sənədləri təqdim etməyən bir sürücünün avtomobili isə evakuator vasitəsilə cərimə meydançasına aparılıb.
Gecə yarısı yol polisinə tabe olmamaqla yanaşı, fiziki güc tətbiq etməklə kobudluq edən, DYP maşınlarına qəza şəraiti yaradıb qaçmağa çalışan bir neçə sürücü isə Post-Patrul Xidməti əməkdaşları tərəfindən polis bölmələrinə aparılıb.
Artıq 20 gündür istifadəsi qadağan olunmasına baxmayaraq pərdə və plyonka ilə avtomobil idarə edən 6 sürücü də yol polisi tərəfindən cərimə edilib. Avtomobillərdən plyonkalar yerindəcə soyulub, pərdələr yığışdırılıb. Nəqliyyat vasitəsini heç bir sənəd olmadan idarə edən 3 sürücü də saxlanılıb. Onların hər üçünün maşını cərimə meydançasına aparılıb. Həmin sürücülərdən yalnız biri 3 saat ərzində sənədləri tapıb gətirdiyi üçün avtomobil cərimə meydançasından buraxılıb. DYP əməkdaşları avtomobili palçıqlı, dövlət nömrə nişanı görünməz halda idarə edən 2 sürücünü də cərimələyib. Reyd zamanı psixotrop maddənin təsiri altında avtomobil idarə edən 1 sürücü saxlanılıb.
Aeroport yolunda keçirilən reyd zamanı isə yüksək sürətlə hərəkət edən, səsboğucu qurğusuna müdaxilə olunduğu üçün gurultulu səs çıxaran 6 bayker saxlanılıb. Onların idarə etdiyi motosikletlər də cərimə meydançasına aparılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib ki, bu cür reydlər mütəmadi keçiriləcək: “Çünki son vaxtlar yol hərəkəti qaydalarının pozulması halları narahatçılıq doğurub. Əsasən də gecə saatlarında sərxoş və avtoxuliqanlıq edən sürücülərlə bağlı məlumatlar əldə edirik. Belə hallara qarşı mübarizə aparmaq məqsədilə rəhbərliyin də iştirakı ilə genişmiqyaslı bir reyd keçirmək qərarına gəldik. Kütləvi informasiya vasitələrinin də qatıldığı reyddə məqsəd odur ki, kobud qayda pozuntusuna yol verən, yol polisinə qarşı hətta fiziki güc tətbiq edən sürücüləri aşkar edib cəzalandıraq. Həm də, ictimaiyyət belə sürücüləri tanısın. Hesab edirik ki, bu cür kobud sürücüləri ictimai qınağa cəlb etməklə qaydalara əməl etmək vərdişini aşılaya bilərik. Bu baxımdan, belə reydləri mütəmadi şəkildə keçirəcəyik”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rumıniyanın Ermənistandakı səfirindən antisemitizm və homofob bəyanatı və…

Next Post

Deniz Seki həbsxanadan çıxır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Deniz Seki həbsxanadan çıxır

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.