"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda böyük ucuzluq kampaniyası

31 Yanvar 2016 - 09:26
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ticarət şirkətlərinin anbarlarının boşaldılması üzrə təcili plan hazırlanmalıdır.

ANS PRESS-in araşdırmasına görə, bu məbləğ ötən ilin əvvəli ilə müqayisədə 10 faiz artıq olsa da, şirkətlər malları satmağa tələsmirlər. Nəticədə, son illərdə Azərbaycanda istehlak cəmiyyətinin formalaşması üzrə təbii yolla gedən inkişaf prosesi xeyli yavaşıyıb və kollapsa doğru meyllənməyə başlayıb.

Dövlət Statistika Komitəsinin məlumatlarından görünür ki, son 5-6 ildə Azərbaycanın ticarət şirkətləri növbəti ilin planları barədə çox nikbin olublar – hər ilin sonuna gələn il satışları üçün planlaşdırılan mal varlığı ildən-ilə artırılıb. Məsələn, 2011-ci ilin sonunda ticarət müəssisələrinin anbarlarında toplam 1,03 milyard dollarlıq (809 milyon manatlıq) ehtiyat olurdusa, bu göstərici 2014-cü ilin sonunda 1,79 milyard dollara (1,39 milyard manata) çatıb.

İlin sonuna ticarət müəssisələrinin anbarlarında qalan mal (min dollar)

Mənbə: Dövlət Statistika Komitəsi

ANS PRESS əməkdaşının şirkətlərdə olan mənbələrdən əldə etdiyi məlumatlara görə, bəzi şirkətlər malların kreditə satışının əvvəlki formasından imtina ediblər.

“Əvvəllər biz malı paylayıb və pulunu bir həftə sonra yığırdıq. İndi isə gündəlik hesablaşmaya keçmişik. Malı səhər yığırıq, axşam pulunu tələb edirik. Bu isə əksər pərakəndə ticarət nöqtələri, xüsusilə də məhəllə dükanları üçün əlverişsizdir. Camaat da pula qənaət etməyə başlayıb, az xərcləyir. Ona görə də satışlarımız çox azalıb”,- deyə tanınmış şirniyyat şirkətlərindən birinin təmsilçisi vurğulayır.

Bəzi şirkətlər isə satışları tam dayandırıb və bayram qabağı vəziyyətin dəyişəcəyinə ümid edirlər. Bu şirkətlərə manatın məzənnəsinin dəyişməsi ilə bağlı qiymətlərə yalnız 30 faiz düzəliş etməyə icazə verilib. Onlar isə daha çox düzəlişə ümid edirlər və buna görə də gözləyirlər. Belə şirkətlər əsasən xarab olmayan idxal malları – məişət texnikası, mebel, avtomobil, bahalı geyimlər, bahalı içkilər və s.-in satışı üzrə ixtisaslaşıblar. Yaranmış durumda onlar, demək olar ki, idxalı dayandırıblar.

Marketinq üzrə mütəxəssis Sabit Məmmədov ANS PRESS-ə müsahibəsində yaranmış durumun bu şirkətləri müflis edəcəyini vurğulayır:

“Şirkətlər əllərində olan malları reallaşdırmalıdırlar və yeni dövrə uyğun biznes planı ortaya qoymalıdırlar. Onların anbarlarında olan malları saxlamağın özü ayrıca xərc tələb edir. Həm də mal qaldıqca onun keyfiyyət, dəb və tələb göstəriciləri dəyişir. Düşünürəm ki, bu cür səriştəsizlik göstərən bir çox şirkətlər yaxın bir neçə ay ərzində müflis duruma düşüb tamamilə bağlanacaqlar”.

Sabit Məmmədov bu cür şirkətlərin reklam siyasətində də yanlışlara yol verdiyini vurğulayır:

“Reklam şirkəti tanıtmaq və satışlara dəstək üçün verilir. Artıq insanlar reklam olunmayan malları almırlar. Əgər şirkətlər reklama ayırdıqları pulları dayandırarlarsa, onlar brend kimi yoxa çıxacaqlar”.

Marketinq üzrə mütəxəssis bu şirkətlərin tezliklə yerli istehsala keçməsinin vacibliyini vurğulayır: “İndi gömrükdə heç bir maneə yoxdur. Yəni istənilən malı və texnoloji avadanlığı gətirmək çox rahatdır. Amma kiçik şirkətlərin yerli istehsal qurmağa imkanı çatmır. Bunu bazara nəzarət edən böyük şirkətlər etməlidir. Bu şirkətlərin anbarlarda yığılmış malları tezliklə reallaşmalı və onlar yerli istehsala əsaslanan ticarət siyasətinə başlamalıdırlar. Bu sahədə görüləcək çox işlər var. İndiyə kimi şirkətlər Azərbaycanda yalnız qablaşdırma ilə məşğul idilər.”

Bu məsələdə hökumətin də görəcəyi çox iş var və Türkiyənin sənayeləşmə illərində qazandığı təcrübədən yararlanmalıdır. Həmin illərdə anbarlarda malları gizlətmək böyük cinayət sayılırdı və hökumət təmsilçiləri bunun qarşısını almaq üçün mütəmadi yoxlamalar keçirirdi. Türkiyədə hələ də hökumət qiymətlərə yuxarı hədd qoyur və bu, ticarət şəbəkələrini yerli mal satmağa məcbur edir.

Azərbaycan hökuməti də bu istiqamətdə addımlar atmalı və hər bir ticarət şirkəti ilə fərdi qaydada işləməlidir ki, anbarlarda yığılmış mallar satılaraq canlı kapitala çevrilsin. Bunun üçün son bir neçə gündə yaranmış bank maneələri – kredit kartlarının bağlanması, şirkətlərin yalnız nağd pulla işləməyə üstünlük verməsi kimi problemlər də aradan qaldırılmalıdır.

Buna paralel olaraq ticarət şirkətlərinin yerli istehsalın əsas sifarişçisinə və maliyyəçisinə çevrilməsi üzrə təcili plan hazırlanmalıdır. İlk addım kimi texnoloji avadanlıq və yığma detallarının gətirilməsi üçün güzəştlər tətbiq edilə bilər ki, bu da hazır məhsulun qiymətini aşağı salmaqla yanaşı, xeyli iş yerinin açılmasına da dəstək verə bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Putini PKK-ya dəstək verməkdə ittiham etdi və hədələdi- “Bunun acı nəticələrinə dözmək məcburiyyətində qalacaqsınız”

Next Post

“Samir Şərifov bizləri avam yerinə qoyub əməlli başlı dolayır…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Samir Şərifov bizləri avam yerinə qoyub əməlli başlı dolayır..."

Həkim-deputata qarşı sensasion - İttihamlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.