"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bakıda bu binalarda yaşamaq təhlükəlidir” – ekspert açıqladı

05 İyul 2023 - 11:05
in İQTİSADİYYAT

Ötən gecə Xəzər dənizində baş verən zəlzələdən sonra həyət evlərinə maraq yenidən artıb. Paytaxtda və rayon mərkəzlərində çoxmərtəbəli binalarda yaşayan insanların çoxu gecəni açıq havada keçirib. Təbiət hadisəsindən sonra Bakı ətrafı qəsəbələrdəki həyət və bağ evlərinə üz tutanların da sayı az olmayıb.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Zəlzələ Bakıda torpağın və həyət evlərinin qiymətinə təsir edə bilərmi?

Bakıda və ətraf qəsəbələrdə torpağın və həyət evlərinin qiymətinin bahalaşması gözlənilirmi?

Elchi.az xəbər verir ki, yenisabah.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, bütün fövqəladə hadisələrin bu və ya digər şəkildə daşınmaz əmlak bazarına təsiri müvəqqəti təsir bağışlayır, çünki daşınmaz əmlak bazarına təsir edən amillər içərisində bu məsələ heç də öndə gedən məsələlərdən deyil:

“Daşınmaz əmlak bazarının özünəməxsus təsir aspektləri var. Yəni həmin bazara təsir göstərən amillər var. Məsələn, ev bazarına tələbat artırsa, bu, qiymətlərə təsir göstərir. Digər tərəfdən, ölkədəki sosial-iqtisadi vəziyyət, manatın alıcılıq qabiliyyətinin yüksəlməsi, inflyasiyanın baş verməsi ev bazarına təsir göstərir”.

Mütəxəssis xatırladıb ki, Türkiyədə baş verən zəlzələdən sonra bir müddət fərdi yaşayış evləri aktuallaşdı:

“Vətəndaşlar belə fikirləşdi ki, təhlükəsizlik baxımından fərdi yaşayış evləri daha məqsədəmüvafiqdir. Lakin müəyyən zaman keçdikdən sonra yenidən mənzillərə tələbatın güclənməsi və fərdi yaşayış evlərinin arxa plana keçməsinin şahidi olduq. Hesab edirəm ki, indi də analoji prosesə rast gələ bilərik. Ola bilsin ki, dünən baş verən zəlzələ nəticəsində vətəndaşlarımızın əksəriyyəti öz ailələrini götürüb bağ evlərinə üz tutdular. Çünki bu daha təhlükəsizdir, nəinki hündürmərtəbəli binada gecələmək”.

Onun fikrincə, bu baxımdan, ola bilsin ki, fərdi yaşayış evlərinin bazarı müəyyən qədər aktivləşə bilər:

“Amma fərdi yaşayış evlərinin qiyməti fantastik dərəcədə artacaq deyə düşünmək, məncə, bir az tələsik addım olar. Çünki hər hansı bir hadisənin ictimai rəyə nüfuz etməsi və onun insanların alıcılıq qərarlarına təsir göstərməsi müəyyən vaxt tələb edir. Eyni zamanda bu zəlzələnin hələ davamlı olacağı və yenə də baş verəcəyini ehtimallar üzərində düşünürlər. Lakin bu barədə birmənalı şəkildə hər hansı bir elmi və metodiki bir qərar yoxdur”.

V. Oruc hesab edir ki, yaranmış müəyyən ajiotaj fərdi yaşayış evlərinə tələbatı artıra bilsə də, son nəticədə insanların illərlə formalaşmış zövqləri və yaşayış üçün daha çox binalardakı mənzilə üstünlük verməsi bu prosesə müəyyən qədər tənzimləyici təsir göstərəcək:

“Birmənalı şəkildə onu demək olar ki, fərdi yaşayış evlərinə tələbat artacaq, amma bu mənzillərin qiymətinin düşməsini, yaxud mənzil bazarında ciddi şəkildə qiymət dəyişikliyinin baş verməsini demək üçün əsas yaratmır.

Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, heç də bütün fərdi yaşayış evləri təhlükəsiz deyil. Söhbət burada ondan gedir ki, hansı fərdi yaşayış evləri prosedura qaydalarına uyğun tikilibsə, keyfiyyətli tikinti materialları ilə inşaat işləri baş veribsə, məhz onlar təhlükəsizdir. Yoxsa ki, bir daşla hörülmüş, yaxud arakəsməsi monolit beton olmayan hər hansı bir fərdi yaşayış evində daldalanmaqdansa, gecəni monolit betonla hörülmüş, yüksəkmərtəbəli beton dirəklərə malik hündürmərtəbəli binalarda keçirsinlər. Çünki onların həmin zəlzələyə davam gətirmə ehtimalı daha böyükdür”.

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əliyevdən Zəngəzur açıqlaması: Ermənistan mane olur

Next Post

Hollandiya məktəblərində mobil telefonlar qadağan ediləcək

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Hollandiya məktəblərində mobil telefonlar qadağan ediləcək

Hollandiya məktəblərində mobil telefonlar qadağan ediləcək

Fransa mənfur təcrübəni Qafqaza tətbiq etmək istəyir

Əliyev: Bu, İrəvanın üzərinə götürdüyü öhdəlikdir!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.