"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda bu da oldu: yaşadığı binada özünə şəxsi lift tikdirir – (Fotolar)

29 Oktyabr 2014 - 21:15
in CƏMİYYƏT, FLƏŞ

69943_res_01Bakının mərkəzində 5 mərtəbəli yaşayış binasının həyətində lift üçün şaxta tikilir. Bu lift binanın 5-ci mərtəbəsindəki mənzili yenicə alan naməlum zəngin tərəfindən qoyulur.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Virtualaz.org saytı xəbər verir ki, bina sakinlərinin narazılığına, görənlərin isə təəccübünə səbəb olan bu hadisə Üzeyir Hacıbəyli küçəsi, bina 59a ünvanında (Mərkəzi Poçtla üzbəüz) baş verib. Yeni mənzil alan şəxs 5-ci mərtəbəyə qalxmaq üçün binanın böyründə özünə xüsusi lift tikdirir.

Qeyd edək ki, adıçəkilən yaşayış binasında ümumiyyətlə lift olmayıb. Binanın yeni sakini olan naməlum zəngin lifti binanın həyətində sakinlərin ümumi isifadəsində olan ərazidə tikilir. Sakinlər bundan əvvəl həmin yerdə şəxsi avtomobillərini saxlayırmış. Liftin şaxtasının bir neçə metrliyində isə bina sakinlərinin istirahət etmək üçün düzəltdiyi “besedka” var.

Virtualaz.org saytının müxbiri sakinlərdən lift tikdirən zənginin kimliyini soruşub. Amma onlar da yeni qonşularını tanımadıqlarını dedilər.

“Bu mənzili kimin aldığını bilmirik. Burada çoxdan idi təmir işləri gedirdi. Bir gün də baxdıq ki, binanın həyətini qazırlar. Fəhlələrdən soruşduq, dedilər lift tikirlər. Bu ərazi bina sakinlərinin ümumi istifadəsindədir. İndi buranı zəbt edib lift tikirlər” – deyə bina sakinləri bildirir.

Müxbirimizin mülkün sahibinin kimliyi ilə bağlı araşdırması nəticəsiz qalıb. Bina sakinlərinin bəziləri yeni mənzil sahibinin kim olduğunu bilmədi, bəziləri isə ümumiyyətlə məsələ haqda danışmaqdan imtina etdi.

Bu bina ilə bağlı başqa bir maraqlı məqam da var. Bina sözügedən mənzildə tikinti işləri aparılan zaman üzlənib. Onu da qeyd edək ki, lift tikilən evin artırması da var. Halbuki Ü.Hacıbəyli küçəsində olan binaların heç birində əlavə tikili yoxdur. Yalnız ayrıca lifti olacaq mənzilin əlavə tikilisinin olması da diqqətçəkən məqamlardandır.

Xatırladaq ki, yaşayış binalarında sonradan bu cür əlavə artırmaların tikilməsi qadağandır. Məsələni gündəmdə saxlamağa və kimliyi bilinməyən həmin zəngini tapmağa çalışacağıq.

İlkin Muradov

Fotolar müəllifinindir

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Atalarını bitirən “avtoş” oğullar: Bərdə RİH başçısının müavini, Mübariz Mədətov və digərləri…

Next Post

“Azərbaycan Ermənistanla sərhədləri açar, əgər…”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

"Azərbaycan Ermənistanla sərhədləri açar, əgər..."

Kəlbəcər girovlarının məsələsi Avropa İttifaqının qarşısında qaldırıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.