Qətli törədən şəxslər yaxalanıblar
Bakının Xətai rayonunda çay evlərinin birində qətl hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, polisin keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxslər tutuub.
Əməliyyat Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Xətai rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 34-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 6-da saat 01:45 radələrində, M.Rüstəmov küçəsində yerləşən çay evində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahlar Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərin kimiliy bilinib.
Əməliyyat zamanı Bakı şəhər sakinləri – 1988-ci il təvəllüdlü Emin Musayev, 1992-ci il təvəllüdlü Loğman Rəhimov və 1993-cü il təvəllüdlü Abdulla İsmayılov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
ANS PRESS



