11:16
Paytaxtın Binəqədi rayonu, “Azadlıq prospekti” metro stansiyası yaxınlığında hündürmərtəbəli yaşayış binasında dəhşətli yanğın baş verib.
Axar.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın yaşayış binasının 3-cü mərtəbəsindən başlayıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası hadisə yerinə gəlib.
Hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.
***
Azadlıq prospektinin yanğına yaxın olan hissəsi bağlanıb. Sakinlərin əməkdaşımıza verdiyi məlumata görə, binada sakin var, FHN əməkdaşları xilasetmə işləri aparır.
Yanğın Azadlıq prospekti 36 ünvanındakı göydələndədir. Bir anda başlayan və sürətlə bütün binanı saran yanğından xilas olmaq üçün sakinlərdən bəziləri 2-3-cü mərtəbədən atılıblar.
Xəsarət alan yoxdur.




